
Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçirilə bilər
"Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib.
"Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib.
Gundem.today-ın məlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov mavafiq qərar imzalayıb.
Əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsi qaydasında dəyişiklik olunub.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı ödəmə mənbəyində vergini tutmağa və tutulan vergilər barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməyə borclu olacaq.
Belə ki, nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərdən xərclər çıxılmadan iki faiz dərəcə ilə ödəmə mənbəyində verginin tutulması hallarının araşdırılması üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.
Ödəmə mənbəyində tutulan verginin yoxlanması zamanı yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı vergitutma obyektinin düzgün müəyyən edilməsi araşdırılmalıdır.
Mövcud qanunvericiliyə görə, əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəmirlər. Əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulur.
Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
2026-cı ilin ilk üç ayında Azərbaycan 6 milyard 257 milyon 77 min kubmetr təbii qaz (qaz halında) ixrac edib.
İqtisadiyyatSOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.
İqtisadiyyatİlin ilk üç ayında Azərbaycana gətirilən maşınların sayı açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb.
İqtisadiyyatÜfüqi monitorinqə qəbul üçün müraciət qaydası təsdiqlənib
"Üfüqi monitorinqə qəbul üçün müraciət edən vergi ödəyicisi tərəfindən təqdim olunan ərizənin forması və doldurulma Qaydası" təsdiqlənib.