
İlin ilk üç ayında Azərbaycana gətirilən maşınların sayı açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb.
Gundem.today bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycana 339.6 milyon dollar dəyərində 15 351 ədəd avtomobil idxal edilib.
Həmçinin sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı 280 ədəd olub ki, bunun da ümumi dəyəri 50 milyon 972 min dollar təşkil edib.
Bundan başqa, 251 milyon 916 min dollar dəyərində 13 359 ədəd, əsasən, adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Yalnız elektrikli mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 299 olub ki, bunun da dəyəri 7 milyon 898 min dollar dəyərindədir.
Həmçinin 20 milyon 403 min dollar dəyərində 148 xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri ölkəyə idxal olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
2026-cı ilin ilk üç ayında Azərbaycan 6 milyard 257 milyon 77 min kubmetr təbii qaz (qaz halında) ixrac edib.
İqtisadiyyatSOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.
İqtisadiyyatÜfüqi monitorinqə qəbul üçün müraciət qaydası təsdiqlənib
"Üfüqi monitorinqə qəbul üçün müraciət edən vergi ödəyicisi tərəfindən təqdim olunan ərizənin forması və doldurulma Qaydası" təsdiqlənib.
İqtisadiyyatAzərbaycan Ermənistandan ilk dəfə mal idxal edib
Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib.