
Erməni nazir: "Azərbaycan tərəfi qiymətlə bağlı sorğu göndərib"
"Azərbaycan üzərindən Ermənistana malların tranziti artır".
"Azərbaycan üzərindən Ermənistana malların tranziti artır".
Gundem.today xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
"Ermənistan bir və ya iki Azərbaycan mənşəli mal alır: benzin və dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan vasitəsilə hansısa məhsul gəlir. Məsələn, bir supermarket şəbəkəsi Azərbaycan üzərindən buğda yarması, digər təşkilat Rusiya kömürünün idxalına görə müraciət edib, üçüncüsü taxıl, dördüncüsü isə artıq gübrə idxal edir. Bu, çox adi bir hal alıb. Nə qədər mal daşımalı olduğumuzu saya bilmirəm", - deyə Papoyan bildirib.
O, həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsulların olub-olmaması ilə bağlı suala da müsbət cavab verib:
"Belə məhsullar mövcuddur, folqa ilə bağlı xüsusi bir sorğu daxil olmuşdu və Azərbaycan tərəfi konkret folqa növü üçün müəyyən bir qiymət istəmişdi, bizim istehsalçımız isə bunu təqdim etmişdi. Başqa sözlə, onlar bildirdilər ki: bizi filan qalınlıqda folqa maraqlandırır, onu hansı həcmdə, hansı müddətdə və hansı qiymətə təklif edə biləcəyinizi deyə bilərsinizmi? İstehsalçımız həcmi və qiyməti təqdim edib, hələlik isə heç bir cavab almamışıq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaQalibaf Bab əl-Məndəb boğazı ilə bağlı danışdı: Qlobal logistika təhlükə altındadır? - FOTO
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf qlobal logistikaya birbaşa təhdid kimi qiymətləndirilə biləcək bəyanatla çıxış edib.
Dünyaİranda iki nəfər edam olunub
İranın Ali Məhkəməsinin qərarı ilə Tehranda silahlı hücumlar və partlayışlar törədən, dövlət çevrilişinə cəhd edən "Mücahid-e Xalq" terror təşkilatının iki üzvü asılaraq edam olunub.
DünyaPaşinyan: "Biz xalqımızı cəhənnəmdən keçirmişik"
"Biz Ermənistan Respublikasını geosiyasi tələdən çıxardıq və onu sülh limanına çatdırdıq".
Dünyaİran Hörmüz boğazından istifadə edənləri ÜÇ KATEQORİYAYA BÖLDÜ
İran Hörmüz boğazında xarici dövlətlərin gəmilərini üç kateqoriyaya bölərək yeni tranzit qaydaları və rüsumlar tətbiq edib. "Düşmən" siyahısına daxil olan ölkələrə keçid qadağan ediləcək.