
Erməni terrorunun məşhur ideoloqlarından biri olan Zori Balayan öldü
Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.
Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.
Gundem.today xəbər verir ki, bu barədə onun oğlu Ayk Balayan məlumat verib.
Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və "Miatsum" ("birləşmə") şüarının müəlliflərindən biri olan Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsəri ilə ermənilər arasında məşhurlaşıb.
Kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Terrorçu 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun da sifarişçisi olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVuçiç: "Macarıstanla Serbiya arasındakı infrastrukturu partlatmaq üçün detonatorlar aşkarlanıb"
Serbiyanın xüsusi axtarış bölmələri Macarıstanla Serbiya arasında qaz infrastrukturunu partlatmaq üçün nəzərdə tutulmuş partlayıcı maddələr və detonatorlar aşkar edib.
DünyaƏbu-Dabidəki neft-kimya zavodunda YANĞIN
Əbu-Dabidəki "Borouge" neft-kimya zavodunda Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulmuş hava hədəflərinin qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
DünyaKİV: ABŞ İranda pilotun xilas edilməsi zamanı özünün iki təyyarəsini məhv edib
ABŞ İranda "F-15" qırıcısının pilotunun xilasetmə əməliyyatı zamanı iki nəqliyyat təyyarəsini İran qüvvələrinin əlinə keçməməsi üçün məhv edib.
DünyaRadarların "görmədiyi" raketlər: Vaşinqtonun yeni planı üzə çıxdı
ABŞ İrana qarşı demək olar ki, radarlar tərəfindən çətin aşkarlanan bütün JASSM-ER tipli uzaqmənzilli raket ehtiyatını yerləşdirmək qərarına gəlib.