
KİV: ABŞ İranda pilotun xilas edilməsi zamanı özünün iki təyyarəsini məhv edib
ABŞ İranda "F-15" qırıcısının pilotunun xilasetmə əməliyyatı zamanı iki nəqliyyat təyyarəsini İran qüvvələrinin əlinə keçməməsi üçün məhv edib.
ABŞ İranda "F-15" qırıcısının pilotunun xilasetmə əməliyyatı zamanı iki nəqliyyat təyyarəsini İran qüvvələrinin əlinə keçməməsi üçün məhv edib.
Gundem.today xəbər verir ki, bu barədə "CBS News" telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
ABŞ xüsusi təyinatlıları İranda vurulmuş "F-15" qırıcısının ikinci ekipaj üzvünü xilas ediblər. Əməliyyatda iştirak edən hərbçilər onlar üçün göndərilən üç əlavə təyyarə ilə geri qayıdıblar. Xilas edilən pilot və xüsusi təyinatlılar Küveytə çatdırılıblar. Əməliyyat gecə yarısına az qalmış başa çatıb və bütün ABŞ qüvvələri İranın hava məkanını tərk edib.
"CBS News" qeyd edir ki, cümə günü xilas edilən birinci pilotun olduğu helikopter atəşə tutulub. Nəticədə heyət üzvləri yaralansalar da, hamısı uğurla yerə enə biliblər.
"The New York Times" qəzeti isə yazıb ki, Amerika qüvvələri ikinci pilotu xilas etməyə yaxınlaşarkən atışma baş verib. Lakin iki rəsmi şəxs "CBS News"a bildirib ki, heç bir atışma olmayıb.
Telekanalın məlumatına görə, xilasetmə əməliyyatında iştirak edən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) zabit aşkar edilməzdən əvvəl dezinformasiya kampaniyasına başlayıb. Belə ki, İranda Amerika qüvvələrinin artıq pilotu taparaq təxliyə etdiyi barədə yanlış məlumat yayılıb. Mənbənin sözlərinə görə, kəşfiyyat ekipaj üzvünün dəqiq yerini Pentaqon və Ağ Evə ötürüb. Prezident Donald Tramp dərhal xilasetmə əməliyyatına başlamaq əmri verib, MKİ isə real vaxt rejimində məlumat təqdim etməyə davam edib.
"The Washington Post" yazır ki, "C-130" təyyarələri və helikopterlər pilotu tapmaq üçün İranın dağlıq əraziləri üzərində alçaq hündürlükdə və aşağı sürətlə uçaraq böyük riskə gediblər.
İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü isə ABŞ-nin xilasetmə əməliyyatının uğursuz olduğunu iddia edib. Onun sözlərinə görə, İsfahanın cənubunda iki "Black Hawk" helikopteri və bir "C-130" təyyarəsi vurulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDağıstanda güclü yağışlar 139 yaşayış məntəqəsini işıqsız qoyub
Dağıstanda güclü yağışlardan sonra 139 yaşayış məntəqəsində elektrik təchizatında qəza baş verib.
DünyaSEPAH ABŞ-nin Yaxın Şərqdəki neft-qaz obyektlərini hədəfə alıb
İslam İnqilabı Keşikçiləri Korpusu 96-cı hücum dalğası çərçivəsində ABŞ-nin Yaxın Şərqdə bir neçə neft-qaz obyektini və zavodunu hədəfə alıb.
DünyaTramp İranda "F-15" pilotunun xilas edilməsi əməliyyatının detallarını açıqlayıb
"F-15" qırıcısının amerikalı pilotunun İrandan xilas edilməsi əməliyyatı gündüz saatlarında həyata keçirilib.
Dünyaİranda iki etirazçı edam edildi
İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar.