
Ermənistan rəsmisi: "İrəvan əmindir ki, Bakının tranzit qadağalarını qaldırması Aİİ-də ticarətin artmasına səbəb olacaq"
"Malların Azərbaycan ərazisindən Ermənistana tranzitinə qoyulan qadağanın qaldırılması Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzv dövlətləri arasında qarşılıqlı ticarətin artmasına kömək edəcək".
"Malların Azərbaycan ərazisindən Ermənistana tranzitinə qoyulan qadağanın qaldırılması Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzv dövlətləri arasında qarşılıqlı ticarətin artmasına kömək edəcək".
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Şımkentdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş tərkibdə iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Cənubi Qafqaz regionunda nəqliyyat-logistika infrastrukturunun diversifikasiyası xarici ticarəti əhəmiyyətli dərəcədə stimullaşdıracaq.
"Bu kontekstdə Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan qadağaların bu yaxınlarda aradan qaldırılması bizim üçün xüsusilə əhəmiyyətli hadisədir, bu, regionun potensialının tam şəkildən açılması, qarşılıqlı ticarətin artması üçün perspektivlər açır", - deyə Mqer Qriqoryan qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycan neftinin qiyməti 121 dolları keçdi
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.
İqtisadiyyatAzərbaycan nefti UCUZLAŞIB
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.
İqtisadiyyat"Brent"in qiyməti 100 dollardan aşağı düşüb
"Brent" növlü neftin bir barelinin dəyəri 100 dollardan aşağı düşüb.
İqtisadiyyatQızıl təxminən dörd faiz BAHALAŞDI
Qlobal investorların etibarlı investisiya alətlərinə marağının davam etməsi səbəbindən qızılın dəyəri təqribən 4% yüksəlib.