
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır: Region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır
Cənubi Qafqazda mövcud siyasi proseslər getdikcə daha açıq şəkildə göstərir ki, regionda heç bir strateji təşəbbüs Azərbaycanın maraqları nəzərə alınmadan dayanıqlı nəticə verə bilməz. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində son illərdə yenidən aktivləşən cəhdlər də bu reallığı dəyişmir, əksinə onu daha da aydınlaşdırır. Fransa və bəzi Qərb dairələrinin sözügedən prosesi Ermənistan-Azərbaycan sülh gündəliyindən ayrı məcrada irəlilətmək cəhdləri isə regionun siyasi məntiqi
Cənubi Qafqazda mövcud siyasi proseslər getdikcə daha açıq şəkildə göstərir ki, regionda heç bir strateji təşəbbüs Azərbaycanın maraqları nəzərə alınmadan dayanıqlı nəticə verə bilməz. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində son illərdə yenidən aktivləşən cəhdlər də bu reallığı dəyişmir, əksinə onu daha da aydınlaşdırır. Fransa və bəzi Qərb dairələrinin sözügedən prosesi Ermənistan-Azərbaycan sülh gündəliyindən ayrı məcrada irəlilətmək cəhdləri isə regionun siyasi məntiqi ilə ziddiyyət təşkil edir.
Tarixi kontekstdə baxıldıqda, Ermənistan-Türkiyə yaxınlaşmasının ən ciddi sınağı 2009-cu ildə imzalanmış Sürix protokolları olub. O dövrdə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində atılan addımlar ilkin mərhələdə kimlər üçünsə ümid yaratsa da, proses çox qısa zamanda hüquqi çəkisini itirdi. Türkiyə hökuməti bəyan etdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyənə qədər sərhədlər açılmayacaq və protokollar parlamentdə təsdiqlənməyəcək. Bu hadisə bir daha göstərdi ki, Cənubi Qafqazda Ermənistanın iştirakı ilə aparılan istənilən normallaşma prosesi Azərbaycanın maraqlarından kənara çıxa bilməz.
Bu gün eyni yanaşma fərqli formatlarda yenidən gündəmə gətirilməyə çalışılır. Xüsusilə Fransa tərəfindən Ermənistan-Türkiyə normallaşmasının Ermənistan -Azərbaycan sülh prosesindən ayrılaraq paralel şəkildə irəlilədilməsi cəhdləri müşahidə olunur. Lakin bu cəhdlər regionun real güc balansını nəzərə almır. Azərbaycan açıq şəkildə bəyan edir ki, Cənubi Qafqazda sülh və sabitlik yalnız kompleks yanaşma ilə mümkündür və bu çərçivədən kənar bütün təşəbbüslər siyasi manipulyasiya xarakteri daşıyır.
Türkiyənin mövqeyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı ilə strateji müttəfiqlik münasibətləri fonunda Ankara regionda balansı pozacaq heç bir separat normallaşma modelini dəstəkləmir. Türkiyə daxilində fərqli siyasi və diplomatik yanaşmalar mövcud olsa da, ümumi dövlət xətti Azərbaycanın maraqlarını nəzərə almayan formatın dayanıqlı ola bilməyəcəyini təsdiqləyir. Bu isə faktiki olaraq Ermənistan-Türkiyə prosesinin Ermənistan-Azərbaycan normallaşmasından ayrı düşünülməsinin mümkün olmadığını göstərir.
Avropa siyasi məkanında, xüsusilə Fransa Prezidenti Emmanuel Makronun regiona dair fəallaşan siyasəti də diqqət çəkir. Müxtəlif diplomatik təşəbbüslər və səfər planları fonunda Cənubi Qafqazda yeni təsir mexanizmləri formalaşdırmaq cəhdləri müşahidə olunur. Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı ilə aparılan məsləhətləşmələrdən sonra Makronun Ermənistan ərazisindən Türkiyəyə quru sərhəd vasitəsilə keçidinə razılıq verilməməsi bir daha təsdiqləyir ki, region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır. Hansısa qüvvələr Bakı və Ankaranın iradəsindən kənarda nələrsə planlaşdıra bilməzlər.
Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin ardıcıl və prinsipial diplomatik xətti də məhz bu reallığın qorunmasına xidmət edir. Azərbaycanın mövqeyi təkcə milli maraqların müdafiəsi ilə məhdudlaşmır, həm də regionda uzunmüddətli sabitliyin əsas şərtini müəyyən edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətbp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Kral III Çarlzın adından mükafatlar təqdim olunub
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "British Council"ın direktoru Nərgiz Hacıyevaya Böyük Britaniya Kralı III Çarlzın adından fəxri mükafatlar təqdim olunub.
SiyasətBakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - VİDEO
Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə Cənubi Qafqaz üzərindən böyük geosiyasi mesaj verməyə çalışdı. Amma bu dəfə plan sərhəddəcə iflasa uğradı.
SiyasətAvropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEO
Böyük siyasətdə bəzən bir jest yüzlərlə sözdən, uzun-uzadı bəyanatlardan daha kəsərli olur. Yəni səssiz görünən diplomatik gedişlər, əslində, ən gurultulu mesajları verir.
SiyasətErmənistan-Türkiyə sərhədinin açarı Bakıdadır: Regional siyasət Azərbaycanın diktəsi ilə formalaşır
Cənubi Qafqazda mövcud siyasi proseslər getdikcə daha açıq şəkildə göstərir ki, regionda heç bir strateji təşəbbüs Azərbaycanın maraqları nəzərə alınmadan dayanıqlı nəticə verə bilməz. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində son illərdə yenidən aktivləşən cəhdlər də bu reallığı dəyişmir, əksinə onu daha da aydınlaşdırır. Fransa və bəzi Qərb dairələrinin sözügedən prosesi Ermənistan-Azərbaycan sülh gündəliyindən ayrı məcrada irəlilətmək cəhdləri isə regionun siyasi məntiqi