Son dəqiqə
"Hizbullah" komandiri aviazərbə nəticəsində öldürülübBakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - VİDEOBMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdiABŞ qırıcısı İrana gedən tankeri atəşə tutubAvropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEOTramp administrasiyasından Livan-İsrail masasına yeni təklif: Detallar məlum oldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Ermənistan-Türkiyə sərhədinin açarı Bakıdadır: Regional siyasət Azərbaycanın diktəsi ilə formalaşır
Ermənistan-Türkiyə sərhədinin açarı Bakıdadır: Regional siyasət Azərbaycanın diktəsi ilə formalaşır
Siyasət

Ermənistan-Türkiyə sərhədinin açarı Bakıdadır: Regional siyasət Azərbaycanın diktəsi ilə formalaşır

Bu gün
21:00
0 baxış
Paylaş:

Cənubi Qafqazda mövcud siyasi proseslər getdikcə daha açıq şəkildə göstərir ki, regionda heç bir strateji təşəbbüs Azərbaycanın maraqları nəzərə alınmadan dayanıqlı nəticə verə bilməz. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində son illərdə yenidən aktivləşən cəhdlər də bu reallığı dəyişmir, əksinə onu daha da aydınlaşdırır. Fransa və bəzi Qərb dairələrinin sözügedən prosesi Ermənistan-Azərbaycan sülh gündəliyindən ayrı məcrada irəlilətmək cəhdləri isə regionun siyasi məntiqi

Cənubi Qafqazda mövcud siyasi proseslər getdikcə daha açıq şəkildə göstərir ki, regionda heç bir strateji təşəbbüs Azərbaycanın maraqları nəzərə alınmadan dayanıqlı nəticə verə bilməz. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində son illərdə yenidən aktivləşən cəhdlər də bu reallığı dəyişmir, əksinə onu daha da aydınlaşdırır. Fransa və bəzi Qərb dairələrinin sözügedən prosesi Ermənistan-Azərbaycan sülh gündəliyindən ayrı məcrada irəlilətmək cəhdləri isə regionun siyasi məntiqi ilə ziddiyyət təşkil edir.

Tarixi kontekstdə baxıldıqda, Ermənistan-Türkiyə yaxınlaşmasının ən ciddi sınağı 2009-cu ildə imzalanmış Sürix protokolları olub. O dövrdə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində atılan addımlar ilkin mərhələdə kimlər üçünsə ümid yaratsa da, proses çox qısa zamanda hüquqi çəkisini itirdi. Türkiyə hökuməti bəyan etdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyənə qədər sərhədlər açılmayacaq və protokollar parlamentdə təsdiqlənməyəcək. Bu hadisə bir daha göstərdi ki, Cənubi Qafqazda Ermənistanın iştirakı ilə aparılan istənilən normallaşma prosesi Azərbaycanın maraqlarından kənara çıxa bilməz.

Bu gün eyni yanaşma fərqli formatlarda yenidən gündəmə gətirilməyə çalışılır. Xüsusilə Fransa tərəfindən Ermənistan-Türkiyə normallaşmasının Ermənistan -Azərbaycan sülh prosesindən ayrılaraq paralel şəkildə irəlilədilməsi cəhdləri müşahidə olunur. Lakin bu cəhdlər regionun real güc balansını nəzərə almır. Azərbaycan açıq şəkildə bəyan edir ki, Cənubi Qafqazda sülh və sabitlik yalnız kompleks yanaşma ilə mümkündür və bu çərçivədən kənar bütün təşəbbüslər siyasi manipulyasiya xarakteri daşıyır.

Türkiyənin mövqeyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı ilə strateji müttəfiqlik münasibətləri fonunda Ankara regionda balansı pozacaq heç bir separat normallaşma modelini dəstəkləmir. Türkiyə daxilində fərqli siyasi və diplomatik yanaşmalar mövcud olsa da, ümumi dövlət xətti Azərbaycanın maraqlarını nəzərə almayan formatın dayanıqlı ola bilməyəcəyini təsdiqləyir. Bu isə faktiki olaraq Ermənistan-Türkiyə prosesinin Ermənistan-Azərbaycan normallaşmasından ayrı düşünülməsinin mümkün olmadığını göstərir.

Avropa siyasi məkanında, xüsusilə Fransa Prezidenti Emmanuel Makronun regiona dair fəallaşan siyasəti də diqqət çəkir. Müxtəlif diplomatik təşəbbüslər və səfər planları fonunda Cənubi Qafqazda yeni təsir mexanizmləri formalaşdırmaq cəhdləri müşahidə olunur. Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı ilə aparılan məsləhətləşmələrdən sonra Makronun Ermənistan ərazisindən Türkiyəyə quru sərhəd vasitəsilə keçidinə razılıq verilməməsi bir daha təsdiqləyir ki, region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır. Hansısa qüvvələr Bakı və Ankaranın iradəsindən kənarda nələrsə planlaşdıra bilməzlər.

Xüsusilə vurğulanmalıdır ki, Prezident İlham Əliyevin ardıcıl və prinsipial diplomatik xətti də məhz bu reallığın qorunmasına xidmət edir. Azərbaycanın mövqeyi təkcə milli maraqların müdafiəsi ilə məhdudlaşmır, həm də regionda uzunmüddətli sabitliyin əsas şərtini müəyyən edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Cənubi_Qafqaz#Azərbaycan#Ermənistan#Türkiyə#Fransa#Emmanuel_Makron#İlham_Əliyev#Rəcəb_Tayyib_Ərdoğan#sülh_prosesi#Sürix_protokolları#diplomatiya#geopolitika.

Oxşar Xəbərlər

Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - VİDEOSiyasət

Bakı-Ankara birliyi Parisin siyasi şousuna fürsət vermədi - VİDEO

Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə Cənubi Qafqaz üzərindən böyük geosiyasi mesaj verməyə çalışdı. Amma bu dəfə plan sərhəddəcə iflasa uğradı.

Bu gün
22:000
Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEOSiyasət

Avropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEO

Böyük siyasətdə bəzən bir jest yüzlərlə sözdən, uzun-uzadı bəyanatlardan daha kəsərli olur. Yəni səssiz görünən diplomatik gedişlər, əslində, ən gurultulu mesajları verir.

Bu gün
21:420
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır: Region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdırSiyasət

Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır: Region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır

Cənubi Qafqazda mövcud siyasi proseslər getdikcə daha açıq şəkildə göstərir ki, regionda heç bir strateji təşəbbüs Azərbaycanın maraqları nəzərə alınmadan dayanıqlı nəticə verə bilməz. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində son illərdə yenidən aktivləşən cəhdlər də bu reallığı dəyişmir, əksinə onu daha da aydınlaşdırır. Fransa və bəzi Qərb dairələrinin sözügedən prosesi Ermənistan-Azərbaycan sülh gündəliyindən ayrı məcrada irəlilətmək cəhdləri isə regionun siyasi məntiqi

Bu gün
21:000
Volodimir Zelenski İlham Əliyevə zəng edibSiyasət

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu gün
20:330