
Ermənistan və Qazaxıstan XİN rəhbərləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
Gundem.today xəbər verir ki, tərəflər görüş zamanı ikitərəfli əlaqələrin inkişafını və regionda kommunikasiya layihələrinin həyata keçirilməsini müzakirə ediblər.
N.Paşinyan bildirib ki, regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasında əməkdaşlığa müsbət təsir göstərir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Gürcüstan üzərindən dəmir yolu əlaqələrinin yaradılması ticarət-iqtisadi münasibətlərin genişlənməsinə təkan verir.
Qazaxıstan XİN rəhbəri də bu fikirlə razılaşaraq qeyd edib ki, dəmir yolu əlaqələrinin yaradılması iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək.
O, regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb və Qazaxıstanın TRIPP layihəsini, eləcə də Ermənistan hökumətinin irəli sürdüyü "Sülh kəsişməsi" təşəbbüsünü dəstəklədiyini bildirib.
Tərəflər həmçinin infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiyalar, aviasiya və turizm sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər. Yaxın zamanda Ermənistan ilə Qazaxıstan arasında birbaşa uçuşların açılmasının vacibliyi də qeyd olunub.
Görüşdə yaxın vaxtlarda erməni iş adamlarından ibarət nümayəndə heyətinin Qazaxıstana səfərinin əhəmiyyəti də vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPutin "Pasxa atəşkəsi" elan etdi
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edib.
DünyaSudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu
Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.
DünyaXameneidən sərt mesaj: "Kompensasiya tələb edəcəyik"
İranın Ali Lideri Müctəba Xamenei ABŞ və İsraildən vurulan zərərə görə kompensasiya tələb edəcəklərini bildirib.
DünyaƏrdoğan və Pezeşkian atəşkəs məsələsini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.