
Xameneidən sərt mesaj: "Kompensasiya tələb edəcəyik"
İranın Ali Lideri Müctəba Xamenei ABŞ və İsraildən vurulan zərərə görə kompensasiya tələb edəcəklərini bildirib.
İranın Ali Lideri Müctəba Xamenei ABŞ və İsraildən vurulan zərərə görə kompensasiya tələb edəcəklərini bildirib.
Gundem.today "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə onun televiziya ilə yayımlanan müraciətində qeyd olunub.
Bildirilib ki, Tehran istənilən halda qarşı tərəfdən kompensasiya tələb edəcək. Bundan imtina edilərsə, zərərin qarşılığı olaraq həmin ölkələrin əmlakına əl qoyulması və ya ekvivalentinin məhv edilməsi mümkün hesab olunur.
Bəyanatda maliyyə zərərinin ödənilməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb və bunun aidiyyəti qurumların vəzifəsi olduğu qeyd edilib.
Xamenei həmçinin İranın Hörmüz boğazının idarə olunmasında "yeni mərhələyə" keçəcəyini bildirib və bu məsələnin ABŞ ilə danışıqlarda əsas tələblərdən biri olduğunu vurğulayıb. O, Fars körfəzi ölkələrini də "düzgün tərəfi seçməyə" çağırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPutin "Pasxa atəşkəsi" elan etdi
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edib.
DünyaSudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu
Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.
DünyaErmənistan və Qazaxıstan XİN rəhbərləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
DünyaƏrdoğan və Pezeşkian atəşkəs məsələsini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.