
Ermənistanda bəzi xarici proqramların yayımı dayandırılır
Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Audiovizual media haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Audiovizual media haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Gundem.today-ın TASS-a istinadən verdiyi məlumata görə, bu düzəlişlər ölkənin daxili işlərinə müdaxilə əlamətləri daşıyan xarici proqramların ictimai televiziya vasitəsilə yayımına qadağa qoyulmasını nəzərdə tutur.
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan komissiyanın iclasında bildirib ki, layihə tənzimləyici dövlət qurumuna müharibəyə çağırış və ölkənin daxili işlərinə müdaxilə göstəricilərini müəyyən etmək səlahiyyəti verəcək. Onun sözlərinə görə, qəbul edilmiş dəyişikliklərə əsasən, audiovizual proqramların yayımının qadağan edilməsi halları müəyyənləşdiriləcək və daxili proseslərə müdaxilə edən materialların efirə verilməsinin qarşısı alınacaq.
Fevralın 3-də parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman məsələləri üzrə daimi komissiyasının iclasında layihənin müzakirəsi zamanı Ayrapetyan qeyd edib ki, daxili proseslərə, o cümlədən hakimiyyət strukturunun formalaşmasına, seçki və referendumların keçirilməsinə birbaşa və ya dolayısı ilə təsir göstərmək məqsədi daşıyan efir bəyanatları Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Nazir əlavə edib ki, xarici dövlət və ya onunla əlaqəli təşkilat tərəfindən yaradılan, maliyyələşdirilən və ya redaktə olunan müstəqil media subyektləri də bu tənzimləmənin təsiri altına düşə bilər. Lakin, yalnız faktlara əsaslanan və qiymətləndirici mülahizələr daxil etməyən analitik proqramların qanuna edilən dəyişikliklərdən kənarda qalması istisna edilmir.
Qeyd edək ki, daha əvvəl Ermənistan rəhbərliyi yayımlanan analitik proqramları tənqid edərək respublikada Rusiya televiziyalarının yayımının məhdudlaşdırılmasının tərəfdarı olduqlarını bildirmişdi. 2024-cü ilin aprelində baş nazir Nikol Paşinyan vurğulamışdı ki, Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik nümayiş etdirərsə, onların fəaliyyəti qadağan olunacaq. 2025-ci il iyulun 1-də isə parlamentin spikeri Alen Simonyan ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinin müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib. Hazırda Ermənistanda ictimai televiziya şəbəkəsi vasitəsilə Rusiya telekanallarının təkrar yayımı həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSlovakiyada qatarla yük maşını toqquşub: Ölü və yaralılar var - FOTO
Slovakiyada dəmir yolu keçidində sərnişin qatarının yarımqoşqulu yük avtomobili ilə toqquşması nəticəsində vaqonlar relsdən çıxıb. Qəza nəticəsində bir nəfər həyatını itirib, 20-dən artıq şəxs isə xəsarət alıb.
DünyaAlmaniyada tətil səbəbindən 650-dən çox reys ləğv edilib
Almaniyanın ən böyük hava yolu şirkəti olan "Lufthansa"da son onilliyin ən irimiqyaslı tətili baş tutub. Nəticədə, aprelin 16-da 656 aviareys təxirə salınıb.
DünyaSAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza şəhəri ərazisində HƏMAS radikal qruplaşmasının üç yüksəkrütbəli nümayəndəsini, o cümlədən rabitə şöbəsinin başçısını məhv etdiyini bildirib.
DünyaYaponiyada dünyanın ən nəhəng nüvə elektrik stansiyası işə düşdü
Cümə axşamı Yaponiyanın Tokio Elektrik Enerji Şirkəti (TEPCO) bir sıra təxirəsalma, fəaliyyətin dayandırılması və təkrar işəsalma sınaqlarının ardınca dünyanın ən nəhəng nüvə elektrik stansiyası sayılan Kaşivazaki-Kariva AES-i rəsmən kommersiya istismarına buraxıb.