Son dəqiqə
ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır - FOTOBakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDIİtaliya nəhəngi Uğurcan Çakırı heyyətinə qatmaq istəyirErmənistandan Azərbaycana göndərilən məhsul nə olub? - RƏSMİŞuşada Rəqabət Forumu keçiriləcək - Tarix açıqlandıXXI Əsr Məktəbi 25 yaşında: Keçilən yol və gələcəyin hədəfləri
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDI
Bakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDI
Cəmiyyət

Bakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDI

Bu gün
16:26
0 baxış
Paylaş:

Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Pəri küçəsi, 303A ünvanında yerləşən limonad sexi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Pəri küçəsi, 303A ünvanında yerləşən limonad sexi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Gundem.today-a daxil olan məlumatda iddia olunub ki, müəssisədə istehsal prosesi sanitar-gigiyenik normalara uyğun həyata keçirilmir.

Belə ki, içkilərin doldurulması üçün istifadə olunan plastik butulkaların ətraf ərazilərdəki tullantı yerlərindən yığıldığı, daha sonra adi şəraitdə yuyularaq yenidən istifadəyə verildiyi bildirilib.

Şikayətçi qeyd edib ki, bu proses zamanı heç bir dezinfeksiya və ya təhlükəsizlik qaydalarına riayət olunmur. Həmçinin məhsulların antisanitar şəraitdə qablaşdırıldığı və satışa çıxarıldığı iddia edilib.

Məlumata görə, müəssisədə çalışanların əksəriyyətini sosial cəhətdən həssas qruplara aid şəxslər təşkil edir və onların hüquqlarının qorunması ilə bağlı da problemlər mövcuddur.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Pəri küçəsi, 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Lətif Əlif oğlu İbrahimova məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçiriblər.

Açıqlamada qeyd olunub ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub:

"Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, məhsulların və qablaşdırma materiallarının saxlanma şəraitinə riayət olunmadığı, etiketlənmə ilə bağlı tələblərin pozulduğu, xammalın saxlanması, ilkin emalı və hazır məhsulun soyudulması üçün sahələrin ayrılmadığı, emal zamanı qablaşdırmada şadlıq saraylarından geri yığılan şüşə butulkalardan istifadə olunduğu aşkarlanıb. Həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, avadanlıq və işçi masaların korroziyaya məruz qaldığı və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib".

Açıqlamada vurğulanıb ki, faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb:

"Məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Fəaliyyətin_məhdudlaşdırılması#Nöqsanların_aşkarlanması#Suraxanı_rayonu#Suraxanı_qəsəbəsi#Limonad_sexi#Azərbaycan_Qida_Təhlükəsizliyi_Agentliyi_(AQTA)

Oxşar Xəbərlər

XXI Əsr Məktəbi 25 yaşında: Keçilən yol və gələcəyin hədəfləriCəmiyyət

XXI Əsr Məktəbi 25 yaşında: Keçilən yol və gələcəyin hədəfləri

Bu il XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 25 illik yubileyini qeyd edir. Bu müddət ərzində mərkəz təkcə bir məktəb kimi deyil, həm də ölkədə müasir təhsil yanaşmalarının inkişafına töhfə verən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib.

Bu gün
16:140
Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOCəmiyyət

Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO

Neftçala rayonu, Birinci Qaralı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əhəd Maqsud oğlu Əskərova məxsus marketdə tərəfindən plandankənar yoxlama keçirilib.

Bu gün
15:560
Yasamalda EV QALMAQALI: "Məhkəmə qərarına baxmayaraq, kommunal xidmətlər dayandırılıb" - VİDEOCəmiyyət

Yasamalda EV QALMAQALI: "Məhkəmə qərarına baxmayaraq, kommunal xidmətlər dayandırılıb" - VİDEO

Bakının Yasamal rayonunda evinin sökülməsindən narazı qalan vətəndaş şikayətini ictimailəşdirib.

Bu gün
15:400
Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildiCəmiyyət

Bəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

Bu gün
15:360