Son dəqiqə
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEOABŞ və Aİ faydalı qazıntılar üzrə əməkdaşlıq sazişi imzalayıblarQazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldıQadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEORusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
Dünya

Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı

Bu gün
20:42
0 baxış
Paylaş:

Everest zirvəsinə gedən marşrutda böyük buz kütləsi uçub, nəticədə yüzlərlə səyahətçi və bələdçi baza düşərgəsində mühasirədə qalıb. Yer kürəsinin ən hündür dağına yürüşlər qeyri-müəyyən vaxtadək dayandırılıb.

Everest zirvəsinə gedən marşrutda böyük buz kütləsi uçub, nəticədə yüzlərlə səyahətçi və bələdçi baza düşərgəsində mühasirədə qalıb. Yer kürəsinin ən hündür dağına yürüşlər qeyri-müəyyən vaxtadək dayandırılıb.

Gundem.today xəbər verir ki, bu barədə "The Guardian" nəşri Nepalın Alpinizm Departamentinə istinadla məlumat paylaşıb.

Qurumun təmsilçisi Himal Qautamın sözlərinə görə, baza düşərgəsi ilə birinci düşərgə arasındakı buz təbəqələri kəskin dərəcədə qeyri-sabitləşib və insan həyatı üçün böyük risk yaradır. Mövcud şərait rəsmi orqanlar və ekspedisiya rəhbərləri tərəfindən diqqətlə yoxlanılır, buna baxmayaraq, alpinistlər hələ ki, gözləmə mövqeyindədirlər.

Rəsmi statistikaya əsasən, yaz mövsümündə dırmanmaq üçün 410 xarici vətəndaş artıq lisenziya əldə edib. Qaydalara görə, xüsusi buzqıran qruplar marşrutu aprel ayının ortalarınadək təmizləməlidirlər, ancaq bu il təhlükə səviyyəsi həddindən artıqdır. Yerli komitə rəhbəri Lama Kazi Şerpa isə qeyd edib ki, hazırda riskli buzlağın təbii yolla əriməsini gözləməkdən başqa çarə yoxdur.

Xumbu buzlağının təxminən onmərtəbəli bina hündürlüyündə olan bu zonası ən təhlükəli ərazi kimi tanınır. Xatırladaq ki, 2014-cü ildə qopan buz kütləsi 16 bələdçinin həyatına son qoymuşdu. Yürüşlərin əsas mərhələsinin gələn ay, hava şəraiti nisbətən normallaşdıqdan sonra başlaması proqnozlaşdırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Everest_zirvəsi#Alpinistlər#Nepal

Oxşar Xəbərlər

ABŞ və Aİ faydalı qazıntılar üzrə əməkdaşlıq sazişi imzalayıblarDünya

ABŞ və Aİ faydalı qazıntılar üzrə əməkdaşlıq sazişi imzalayıblar

ABŞ-nin dövlət katibi Marko Rubio və Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Maroş Şefçoviç strateji əhəmiyyətli faydalı qazıntıların hasilatı və tədarükü sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Bu gün
22:240
Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıbDünya

Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb

Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın açıqlamaları qalmaqala səbəb olub.

Bu gün
21:360
Fon der Lyayen: "Aİ ABŞ və İsrailin İrana qarşı əməliyyatı səbəbindən 25 milyard avro itirib"Dünya

Fon der Lyayen: "Aİ ABŞ və İsrailin İrana qarşı əməliyyatı səbəbindən 25 milyard avro itirib"

"Avropa İttifaqı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində enerji daşıyıcılarının bahalaşması səbəbindən 25 milyard avro itirib".

Bu gün
21:000
KİV: ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcəkDünya

KİV: ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcək

İran nümayəndələri aprelin 24-də Pakistan tərəfi ilə danışıqlar apara bilər, lakin ABŞ bu görüşdə iştirak etməyəcək.

Bu gün
20:160