Son dəqiqə
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdürİmtahanda yüksək bal toplayan bacılar: Biri memar, digəri hüquqşünas olmaq istəyir - VİDEOSüni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEOAvropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"Avropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edibAzərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Qadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular
Qadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular
İdman

Qadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular

Bu gün
22:00
0 baxış
Paylaş:

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.

Gundem.today xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda qarşılaşmada türkiyəli Beyza Akkuşa 2:4 hesabı ilə uduzub.

B.Soltanova digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) ilə eyni göstəricini təkrarlayıb.

Bununla da Azərbaycanın qadın güləşçiləri qitə birinciliyini iki bürünc medalla başa vurublar. Daha əvvəl Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub.

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Gundem.today xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Arina Demçenkaya (UWW) qalib gəlib.

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Gundem.today xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Maqomedxabib Kadimaqomedova (UWW) 1:5 hesabı ilə uduzub.

Bununla da o, üçüncü yer uğrunda görüşdə bacarığını nümayiş etdirəcək.

C.Hacıyevdən fərqli olaraq İslam Bazarqanov (57 kq) isə finala vəsiqəni təmin edib. Medal qarşılaşmaları sabah reallaşacaq.

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Gundem.today xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.

Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycanı təmsil edən beş sərbəst güləşçi Avropa çempionatında öz gücünü nümayiş etdirmək üçün mübarizəyə qoşulur.

Gundem.today xəbər verir ki, mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) medallar uğrunda xalça üzərinə çıxacaqlar.

Günün digər həyəcanverici anları isə qadın idmançılarımızın iştirakı ilə yaşanacaq. Belə ki, milli komandamızın üç qadın güləşçisi bürünc medal uğrunda həlledici görüşlərdə qüvvəsini sınayacaq. Qitə birinciliyində Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova fəxri kürsünün üçüncü pilləsinə qalxmaq üçün mübarizə aparacaqlar.

Xatırladaq ki, çempionatda bundan əvvəl yunan-Roma güləşçilərimiz böyük uğura imza ataraq komanda hesabında Avropa birincisi olublar. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medala sahib çıxdıqları halda, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat qazanıblar. Qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) ölkəmizin aktivinə daha bir bürünc medal yazdırıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#sərbəst_güləş#qadın_güləşçilər#Avropa_çempionatı#Tirana#Azərbaycan_millisi#bürünc_medal#yunan-Roma_güləşi#idman_xəbərləri#güləş_turniri.

Oxşar Xəbərlər

Avropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"İdman

Avropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"

Avropa çempionatında bürünc medal qazanan qadın güləşçimiz Jalə Əliyeva (57 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.

Bu gün
23:240
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildiİdman

Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranışa görə sərt qərar qəbul edib.

Bu gün
21:240
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazandıİdman

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bu gün
20:480
Jalə Əliyeva Avropa üçüncüsü olduİdman

Jalə Əliyeva Avropa üçüncüsü oldu

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bu gün
20:480