
Evini muzeyə çevirən sakin: Minlərlə qədim eksponat var - VİDEO
Göygöl rayonunun Mollacəlilli kənd sakini Fəxri Hüseynov uzun illərdir ki, Azərbaycan xalçalarının nadir nümunələrini toplayır. Kolleksionerin evində hazırda yüzlərlə xalça və minlərlə qədim eksponat var.
Göygöl rayonunun Mollacəlilli kənd sakini Fəxri Hüseynov uzun illərdir ki, Azərbaycan xalçalarının nadir nümunələrini toplayır. Kolleksionerin evində hazırda yüzlərlə xalça və minlərlə qədim eksponat var.
Azərbaycanın xalçaçılıq nümunələrinin təxminən 70 %-ni bir araya gətirməyi bacaran Fəxri Hüseynov Baku TV-yə bildirib ki, bu istiqamətdə axtarışlarını hələ də davam etdirir.
"Bu sənətə marağı mənə babam aşılayıb, xalçaçılığın sirlərini ondan öyrənmişəm. Altı yaşımdan etibarən xalçaların üzərindəki işarələri öyrənməyə başladım. Hazırda kolleksiyamda respublikamızın bütün bölgələri ilə yanaşı, dünyanın müxtəlif türklər yaşayan ərazilərindən gətirilmiş eksponatlar var. Buna baxmayaraq, axtarışlarım hələ də bitməyib. Məsələn, Qarabağ xalçaçılıq məktəbinin bir-iki növü hələ ki kolleksiyamda yoxdur. Qazax xalçalarının bəzi nümunələrini də axtarıram. Əsas məqsədim hər bir xalça çeşidindən azı bir nümunənin kolleksiyamda yer almasıdır", - deyə o əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYol hərəkətinin təşkilində nələr dəyişir? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında paytaxtın yol infrastrukturunda həyata keçirilən dəyişikliklər və onların nəqliyyatın təşkilinə təsiri ilə bağlı müzakirə aparılıb.
CəmiyyətNaxçıvanın Qaraxanbəyli kəndində PROBLEM: "Qabları yağış suyu ilə yuyuram" - VİDEO
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində aylardır su problemi yaşanır.
CəmiyyətBiləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı - VİDEO
Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər sakinlərin narazılığına səbəb olub.
CəmiyyətTaksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO
Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb.