
Tramp jurnalist Taker Karlson haqqında: "Mən axmaqlarla yox, ağıllı insanlarla işləməyi üstün tuturam"
ABŞ Prezidenti Donald Tramp jurnalist Taker Karlsonu kəskin tənqid edib və onunla ünsiyyətdən qaçdığını bildirib.
ABŞ Prezidenti Donald Tramp jurnalist Taker Karlsonu kəskin tənqid edib və onunla ünsiyyətdən qaçdığını bildirib.
Gundem.today bu barədə "The New York Post" qəzetinə istinadən xəbər verir.
Tramp bildirib: "Taker baş verənləri qətiyyən başa düşməyən, aşağı IQ-lu bir insandır. O mənə daim zəng edir, lakin mən onun zənglərinə cavab vermirəm. Onunla ünsiyyət qurmuram. Mən axmaqlarla yox, ağıllı insanlarla işləməyi üstün tuturam".
Qəzet xatırladır ki, Karlson öz podkastında Trampın İrandakı obyektlərə endirilən zərbələrlə bağlı qərarını "nüvə müharibəsinə doğru ilk addım" adlandırıb. Jurnalist həmçinin ABŞ administrasiyasının əməkdaşlarını prezidentin əmrlərini yerinə yetirməməyə çağırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaxın Şərqdə İrandakı "apokalipsis"ə hazırlaşmağa başlayıblar
Ər-Riyadda yerləşən bir sıra Qərb və Səudiyyə şirkətlərinin rəhbərləri ABŞ Prezidenti Donald Trampın İranda yaxın vaxtlarda baş verə biləcək "apokalipsis" xəbərdarlığı fonunda əməkdaşlara həftənin sonunadək ofislərə qayıtmamağı tövsiyə edib.
DünyaKİV: İsrail ABŞ ilə birlikdə İrana kütləvi zərbələr endirməyə hazırdır
İsrail hərbçiləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı təyin etdiyi son müddət ərəfəsində İrana zərbələr endirmək üçün hazırlıq vəziyyətinə gətirilib.
DünyaƏrdoğan: "İranın tamamilə dağıdılmasına gətirib çıxaran hərəkətləri təqdir etmirik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın tamamilə dağıdılmasına gətirib çıxaran hərəkətləri təqdir etmədiyini, eyni zamanda onun region ölkələrinə münasibətdə tutduğu mövqeyi də dəstəkləmədiyini bildirib.
DünyaKüveyt hakimiyyəti əhaliyə müraciət etdi: "Evlərinizdə qalın"
Küveyt hakimiyyəti əhaliyə müraciət edərək 8 aprelə keçən gecə evdə qalmaları və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.