
FHN rəsmisi: "Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir" - FOTO
Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında suyun çəkilməsi işləri davam etdirilir.
Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında suyun çəkilməsi işləri davam etdirilir.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, intensiv yağışlar nəticəsində Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri FHN qüvvələri tərəfindən davam etdirilir:
"Bakının bir sıra rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xızı rayonu ərazisində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri həyata keçirilir. Xızı rayonunda bəzi ərazilərdən vətəndaşlar təxliyə olunurlar. Bu tədbirlər gecə saatlarında davam etdirilib və digər təhlükəsizlik tədbirləri görülür".
Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan dörd dəfə artıq olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ("Papanin") maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib.
CəmiyyətBuraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) dünən keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialara cavab verib.
CəmiyyətBakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi
Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
CəmiyyətBəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİ
"Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir".