
FHN rəsmisi: "Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib"
"Xızı rayonunun Sitalçay kəndində həyata keçirilən xilasetmə işləri nəticəsində 6 evdən 13 nəfər təxliyə olunub".
"Xızı rayonunun Sitalçay kəndində həyata keçirilən xilasetmə işləri nəticəsində 6 evdən 13 nəfər təxliyə olunub".
Gundem.today "Report"a istinadla xəbər verir ki, bunu kənddə xilasetmə işlərini davam etdirən Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının polkovniki Cəfər Həsənov deyib.
Onun sözlərinə görə, əraziyə zəruri texnika və canlı qüvvə cəlb olunub:
"Bu gün səhər saat 7-8 radələrində FHN-in Böhran İdarəetmə Mərkəzindən Mülki Müdafiə Qoşunlarına Sitalçay ərazisində baş verən daşqın hadisəsi ilə bağlı dəstək üçün müraciət siqnalı daxil olub. Hazırda ərazidə Mülki Müdafiə Qoşunlarının iki böyük, bir kiçik texnikası, həmçinin 15 nəfər şəxsi heyət xilasetmə tədbirləri həyata keçirir. Bu saata qədər azı 6 evdən 5-i uşaq, 5-i yaşlı olmaqla ümumilikdə 13 nəfər təxliyə ediliblər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBuraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) dünən keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialara cavab verib.
CəmiyyətBakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi
Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
CəmiyyətBəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİ
"Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir".
CəmiyyətSumqayıtda dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.