Son dəqiqə
Konqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"İşçiləri də özü seçdi: İsveçdə "Mona" adlı süni intellekt kafe idarə edirİnsanlar niyə ağrılı və uğursuz münasibətlərə qayıdırlar? - Psixoloq rəyiGəncədə məktəbdə dəhşətli hadisə: Şagird bıçaqlandıUcar sakinləri həyəcan təbil çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEOUcar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. FIFA builki mundialın mükafat fondunu artırdı
FIFA builki mundialın mükafat fondunu artırdı
İdman

FIFA builki mundialın mükafat fondunu artırdı

Bu gün
01:12
0 baxış
Paylaş:

FIFA 2026-cı il dünya çempionatının mükafat fondunu 15 faiz artıraraq 871 milyon dollara çatdırıb.

FIFA 2026-cı il dünya çempionatının mükafat fondunu 15 faiz artıraraq 871 milyon dollara çatdırıb.

Gundem.today xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Qərar FIFA Şurasının Vankuverdə keçirilən iclasında qəbul olunub. Yenilənmiş maliyyə planına əsasən, iştirakçı olan 48 yığmanın hər biri əvvəllər elan edilmiş 10,5 milyon dollar əvəzinə minimum 12,5 milyon dollar alacaq.

Komandaların hazırlığı üçün nəzərdə tutulan məbləğ 1,5 milyon dollardan 2,5 milyon dollara, təsnifat ödənişi isə 9 milyon dollardan 10 milyon dollara yüksəldilib.

Bundan əlavə, FIFA nümayəndə heyətlərinin xərclərinin qarşılanması və yığmalar üçün bilet kvotalarının artırılması məqsədilə ümumilikdə 16 milyon dollardan çox subsidiya ayırıb.

Gəlirlərin qalan hissəsi FIFA-ya üzv olan 211 assosiasiya vasitəsilə dünya futbolunun inkişafı naminə yenidən paylanacaq.

Mükafatların yenidən nəzərdən keçirilməsi milli assosiasiyaların logistika və xüsusilə ABŞ-də vergi xərclərinin yüksək olması səbəbindən, turnirdə uğurlu çıxış etsələr belə, maliyyə itkiləri ilə üzləşə biləcəkləri barədə narahatlıqlarına cavab olaraq qəbul edilib.

2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikanın ərazisində 11 iyundan 19 iyula qədər keçiriləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Beynəlxalq_Futbol_Federasiyaları_Assosiasiyası_(FIFA)#Futbol_üzrə_dünya_çempionatı_(DÇ-2026)#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)

Oxşar Xəbərlər

Xulian Alvares Lionel Messini geridə qoyduİdman

Xulian Alvares Lionel Messini geridə qoydu

"Atletiko Madrid"in hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında (ÇL) 41 matçda 25 qol vuraraq tarixə ən sürətli cənubi amerikalı kimi düşüb.

Bu gün
01:300
UEFA Çempionlar Liqası: "Atletiko Madrid" - "Arsenal" matçında qalib müəyyənləşmədi - VİDEOİdman

UEFA Çempionlar Liqası: "Atletiko Madrid" - "Arsenal" matçında qalib müəyyənləşmədi - VİDEO

UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyununda "Atletiko Madrid" və "Arsenal" komandaları üz-üzə gəliblər.

Bu gün
01:000
41 yaşlı Ronaldunun 907-ci qolu komandasına qələbə qazandırdıİdman

41 yaşlı Ronaldunun 907-ci qolu komandasına qələbə qazandırdı

Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunun matçında "Ən-Nəsr" öz meydanında "Əl-Əhli"ni 2:0 hesabı ilə məğlub edib.

Bu gün
00:240
41 yaşlı Ronaldunun 907-ci qolu komandasına qələbə qazandırdı - VİDEOİdman

41 yaşlı Ronaldunun 907-ci qolu komandasına qələbə qazandırdı - VİDEO

Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunun matçında "Ən-Nəsr" öz meydanında "Əl-Əhli"ni 2:0 hesabı ilə məğlub edib.

Bu gün
00:240