
İşçiləri də özü seçdi: İsveçdə "Mona" adlı süni intellekt kafe idarə edir
Stokholmda (İsveç) "Google"un "Gemi" bazasında süni intellekt tərəfindən tam idarə olunan kafe açılıb.
Stokholmda (İsveç) "Google"un "Gemi" bazasında süni intellekt tərəfindən tam idarə olunan kafe açılıb.
Gundem.today xəbər verir ki, bu barədə "Digital Journal" nəşri məlumat yayıb.
Məlumata görə, süni intellekt menyunun hazırlanması, satınalmalar və kadr seçimi üçün məsuliyyət daşıyır.
Qeyd olunur ki, yeni açılan kafe San-Fransiskoda yerləşən "Andon Labs" startapının təcrübə layihəsidir.
"Mona" adlı alqoritm müstəqil şəkildə icazələri rəsmiləşdirir, təchizatçılarla əlaqə saxlayır və namizədlərlə müsahibələr keçirir.
Bundan başqa, alqoritm menyu tərtib edir, təchizatçılar tapır və gündəlik ehtiyatların yenilənməsi ilə məşğul olur.
O, həmçinin qəhvə hazırlamaq üçün insan əməkdaşlara ehtiyac olduğunu müəyyən edib, "Indeed" və "LinkedIn" platformalarında vakansiyalar yerləşdirib, telefon müsahibələri keçirib və iki əməkdaşı işə götürüb.
İşə qəbul olunanlardan biri əvvəlcə elanı zarafat hesab edib. Lakin süni intellektlə 30 dəqiqəlik müsahibədən sonra o, işə maraq göstərib.
Təcrübə artıq müəyyən problemləri də üzə çıxarıb: satınalmalarda səhvlər və əməkdaşların əmək şəraiti ilə bağlı çətinliklər yaranıb.
Kafe təxminən bir həftədir fəaliyyət göstərir və gündə 80-ə qədər ziyarətçi qəbul edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaQlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzə
Dünya qlobal ərzaq böhranı təhlükəsi ilə üz-üzədir.
DünyaKonqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"
ABŞ Konqresinin üzvü Anna Paulina Luna yadplanetli mənşəli olduğu iddia edilən hadisələrlə bağlı mətbuat konfransı keçirəcəyini açıqlayıb.
Dünyaİnsanlar niyə ağrılı və uğursuz münasibətlərə qayıdırlar? - Psixoloq rəyi
İnsanlar çox vaxt əziyyət çəkmək istədikləri üçün deyil, öyrəşdikləri emosional ssenarilərə görə onlara zərər verən münasibətlərə yenidən qayıdırlar.
DünyaZelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı sanksiya tətbiq edib.