
Şöbə rəisi: "Naxçıvanda qaz qurğularının müayinəsi xidməti tam elektronlaşdırılıb"
"Naxçıvan Muxtar Respublikasının qaz təchizatında sayğacların quraşdırılması, dəyişdirilməsi, dövri yoxlamalar, göstəricilərin oxunması, qazın dayandırılması və bərpa edilməsi artıq mobil tətbiqlərin dəstəyi ilə yerində həyata keçirilir".
"Naxçıvan Muxtar Respublikasının qaz təchizatında sayğacların quraşdırılması, dəyişdirilməsi, dövri yoxlamalar, göstəricilərin oxunması, qazın dayandırılması və bərpa edilməsi artıq mobil tətbiqlərin dəstəyi ilə yerində həyata keçirilir".
Gundem.today-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində bu gün keçirilən brifinqdə Regional Qaz İstismarı İdarəsinin Müştəri xidmətləri şöbəsinin rəisi Qənbər Qənbərov deyib.
O bildirib ki, yeni qaydalar kağız istifadəsini azaldır və məlumatların operativ ötürülməsini təmin edir:
"Qaz qurğuları və sistemlərinin istismar vəziyyətinin yoxlanılması məqsədi ilə həyata keçirilən müayinə xidməti də tam elektronlaşdırılıb. Müayinə aktları mobil cihazlarda hazırlanır və "SİMA İmza" ilə rəqəmsal imzalanır. Yeni yanaşma nəticəsində qəza çağrılarına olan reaksiya müddəti nəzərə çarpacaq dərəcədə azalıb. Daxil olan çağırışlar dərhal əməkdaşların mobil tətbiqlərinə ötürülür və bu, operativ müdaxiləni təmin edir.
Şəbəkə idarəçiliyində qaz şəbəkəsinin vəziyyətinə nəzarət, nasazlıqların aşkarlanması və aradan qaldırılması elektron sistemlə həyata keçirilir. Müəyyənləşən problemlər avtomatik olaraq təmir prosesinə yönləndirilir. Podratçıların işlərinə uzaqdan nəzarət imkanı yaradılıb ki, bu da nöqsanların vaxtında aşkarlanmasına, operativ müdaxiləyə və keyfiyyətin artmasına kömək göstərir, eyni zamanda vaxt və resurslara qənaət edir. Digər mühüm istiqamətlərdən biri isə abonent məlumatlarının toplandığı informasiya sistemində məlumatların dürüstləşdirilməsidir. Yeni yanaşma çərçivəsində sahə əməkdaşları mobil tətbiq vasitəsilə ünvan məlumatlarını ÜRİS (Ünvan Reyestri İnformasiya Sistemi - red.) ilə inteqrasiya əsasında əldə edərək sistemə daxil edirlər. Bu, ünvan məlumatlarının birbaşa mənbədən götürülərək informasiya sistemində toplanmasını təmin edir. Eyni zamanda abonentlərin əlaqə və identifikasiya məlumatlarının, o cümlədən FİN kodun yenilənməsi həyata keçirilir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi - VİDEO
Aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi kəskin artıb, bəzi ərazilərdə çay məcrasından çıxıb.
CəmiyyətQalmaqallı xəstəxanada direktor vəzifəsi Kamil Hacıyevə həvalə edildi - FOTO
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.
CəmiyyətKür çayının daşması məlumatları ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.
CəmiyyətAzərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.