
"Formula-1" yarışlarını Azərbaycanda yayımlayacaq kanal BƏLLİ OLDU - ÖZƏL
Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə - "Formula-1" üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.
Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə - "Formula-1" üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, çempionat Mayami Qran-prisindən (1-3 may) etibarən İdman TV tərəfindən yayımlanacaq.
Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları ardıcıl 16-cı mövsüm ölkənin ilk idman kanalında ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.
Xatırladaq ki, builki mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qarabağ"la gərgin kubok matçı "Sabah" üçün əlamətdar olub
"Sabah" futbol klubu Azərbaycan Kuboku çərçivəsində öz meydanında yubileyə imza ataraq 20-ci qolunu rəqib qapısından keçirib.
İdmanİtaliya DÇ-2026-da İranı əvəz edəcək? - ABŞ və FIFA rəhbərliyinə rəsmi müraciət edildi
2026-cı il futbol üzrə dünya çempionatında İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi təklif edilib.
İdmanAlmaniya millisi mundialdan qabaq hüсumçusunu itirdi
"Bavariya" futbol klubunun və Almaniya millisinin hücumçusu Serj Qnabri 2026-cı il dünya çempionatını buraxacağını bildirib. Ötən günlərdə futbolçu sağ budundan zədə almışdı.
İdmanİspaniya La Liqası: Yamal "Barselona"ya qələbə qazandırdı
"Barselona" İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Selta" ilə qarşılaşıb.