
İtaliya DÇ-2026-da İranı əvəz edəcək? - ABŞ və FIFA rəhbərliyinə rəsmi müraciət edildi
2026-cı il futbol üzrə dünya çempionatında İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi təklif edilib.
2026-cı il futbol üzrə dünya çempionatında İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi təklif edilib.
Gundem.today "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu təklif ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampolli tərəfindən irəli sürülüb.
"Təsdiq edirəm ki, mən Trampa və FIFA prezidenti Canni İnfantinoya dünya çempionatında İranı İtaliya ilə əvəzləməyi təklif etmişəm. Əslən italiyalıyam və İtaliyanı ABŞ-də keçirilən turnirdə görmək mənim üçün bir arzu olardı. Dörd titula sahib olan bu komanda proqrama daxil edilmək üçün tələb olunan bütün keyfiyyətlərə malikdir", - deyə Zampolli qeyd edib.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının G qrupu çərçivəsində İran yığmasının Belçika, Yeni Zelandiya və Misir komandaları ilə qarşılaşması nəzərdə tutulub.
Xatırladaq ki, İtaliya millisi təsnifat mərhələsinin həlledici oyununda Bosniya və Herseqovina komandasına məğlub olaraq turnirə vəsiqə qazana bilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qarabağ"la gərgin kubok matçı "Sabah" üçün əlamətdar olub
"Sabah" futbol klubu Azərbaycan Kuboku çərçivəsində öz meydanında yubileyə imza ataraq 20-ci qolunu rəqib qapısından keçirib.
İdman"Formula-1" yarışlarını Azərbaycanda yayımlayacaq kanal BƏLLİ OLDU - ÖZƏL
Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə - "Formula-1" üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.
İdmanAlmaniya millisi mundialdan qabaq hüсumçusunu itirdi
"Bavariya" futbol klubunun və Almaniya millisinin hücumçusu Serj Qnabri 2026-cı il dünya çempionatını buraxacağını bildirib. Ötən günlərdə futbolçu sağ budundan zədə almışdı.
İdmanİspaniya La Liqası: Yamal "Barselona"ya qələbə qazandırdı
"Barselona" İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Selta" ilə qarşılaşıb.