
Fransada Azərbaycan diasporunun üzvü vəfat etdi - FOTO
Fransada Azərbaycan diasporunun üzvü, tanınmış alim Vəfa Mustafayev 88 yaşında vəfat edib.
Fransada Azərbaycan diasporunun üzvü, tanınmış alim Vəfa Mustafayev 88 yaşında vəfat edib.
Gundem.today xəbər verir ki, V.Mustafayev 1938-ci ildə Bakıda anadan olub.
Vəfa Mustafayev orta və ali təhsilini Bakıda alıb. Daha sonra Fransaya köçən soydaşımız burada diaspor fəaliyyətinə fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.
O, uzun illər Parisdə UNESCO-nun mənzil qərargahında çalışıb, qurumun Asiya şöbəsinin rəhbəri və layihə koordinatoru vəzifələrində fəaliyyət göstərib. Azərbaycanın gənc istedadlarının UNESCO platformalarında tanıdılmasına, ölkəmizlə UNESCO arasında əlaqələrin möhkəmlənməsinə və elmi diasporun inkişafına mühüm töhfələr verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSarayda avtomobil PARTLAYIB: Xəsarət alan var
Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb.
CəmiyyətMetronun iş rejimi dəyişdirilir: İNTERVAL ARTIRILIR
9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək.
CəmiyyətCəza niyə bəzən ağır, bəzən yüngül təsiri bağışlayır? – Hakimdən İZAH
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova cəmiyyətin məhkəmə qərarlarına münasibəti və cəza siyasətində balans məsələləri barədə fikirlərinə dair şərh verib.
CəmiyyətAzərbaycan elminə ağır itki: Tanınmış professor vəfat etdi - FOTO
Bakı Slavyan Universitetinin professoru, dəyərli alim Nəsirağa Məmmədov vəfat edib.