Son dəqiqə
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyində böhran sonrası ilk addım - Hamı işə qayıdırMarsa gedən yol Aydan keçir - YENİ PLANFransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldıBen Afflekdən Jennifer Lopezə 60 milyonluq jestÇində milyonluq layihə kabusa çevrildi - Şəhər bomboş qaldıOkeanın dibində sirli yol aşkarlandı: "Sarı kərpic cığır" hər kəsi heyrətləndirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Fransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldı
Fransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldı
Dünya

Fransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldı

Bu gün
06:02
0 baxış
Paylaş:

Fransa polisi atasının mikroavtobusa kilidlədiyi doqquz yaşlı oğlanı xilas edib.

Fransa polisi atasının mikroavtobusa kilidlədiyi doqquz yaşlı oğlanı xilas edib.

Gundem.today xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Məlumata görə, qonşular həyətdə park edilmiş nəqliyyat vasitəsindən səs eşidiblər və polisə məlumat veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobildə yorğanın altında halsız vəziyyətdə uzanmış çılpaq bir uşaq aşkar ediblər. Çirkab içində olan oğlan solğun və arıq vəziyyətdə olub. Uzun müddət hərəkətsiz qaldığı üçün yeriməkdə çətinlik çəkib. Uşaq təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən 2024-cü ilin sonunda məktəbə getməyi dayandırıb və o vaxtdan bəri görünməyib.

Oğlanın dediyinə görə, mikroavtobusa kilidlənəndən sonra duş qəbul etməyib və fasiləsiz şəkildə orada saxlanılıb.

Baş vermiş hadisə ilə bağlı uşağın 43 yaşlı atası və onun 37 yaşlı ögey anası saxlanılıblar. Hər ikisi adam oğurluğu və digər cinayət əməllərində ittiham olunurlar.

Məlumata əsasən, ata sevgilisi və iki qızı ilə yaxınlıqdakı evdə yaşayırmış. O, oğlunu guya ruhi xəstəxanaya yerləşdirmək istəyən bir qadından qorumaq məqsədilə mikroavtobusa kilidlədiyini iddia edib.

Ailənin himayəsində olan digər uşaqlar da onlardan alınaraq müvafiq qurumların nəzarətinə verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#fransa_polisi#uşaq_xilası#mikroavtobusda_uşaq#adam_oğurluğu#polis_əməliyyatı#9_yaşlı_oğlan#fransa_xəbərləri#cinayət_hadisəsi#uşaq_istismarı#azyaşlıya_qarşı_zorakılıq

Oxşar Xəbərlər

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyində böhran sonrası ilk addım - Hamı işə qayıdırDünya

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyində böhran sonrası ilk addım - Hamı işə qayıdır

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi əməkdaşların maaşları bərpa olunmaqla işə qayıtması barədə göstəriş verib.

Bu gün
07:020
Marsa gedən yol Aydan keçir - YENİ PLANDünya

Marsa gedən yol Aydan keçir - YENİ PLAN

Ay Marsın mənimsənilməsi yolunda hazırlıq və sınaq platforması rolunu oynaya bilər.

Bu gün
06:311
Çində milyonluq layihə kabusa çevrildi - Şəhər bomboş qaldıDünya

Çində milyonluq layihə kabusa çevrildi - Şəhər bomboş qaldı

Çində varlılar üçün nəzərdə tutulan Temz-Taun layihəsi zamanla boş qalan şəhərə çevrilib.

Bu gün
05:020
Çində inanılmaz hadisə: Ölən qohumunun yanına "Mercedes" basdırdıDünya

Çində inanılmaz hadisə: Ölən qohumunun yanına "Mercedes" basdırdı

Çinin şimal-şərqində bir kişi vəfat etmiş qohumunun yanında "Mercedes-Benz S-Class" markalı avtomobilini basdırıb. Lakin bir sıra qanunları pozduğuna görə o, nəqliyyat vasitəsini sonradan qazdırıb çıxarmağa məcbur edilib.

Bu gün
04:021