
Fransada ölüm diaqnozu qoyulan şəxs üç saat sonra "dirildi" - Tibb dünyasını təəccübləndirən "Lazar fenomeni"
Fransada tibb işçiləri tərəfindən ölüm diaqnozu qoyulan 62 yaşlı xəstə üç saatdan sonra yenidən həyat əlamətləri göstərib.
Fransada tibb işçiləri tərəfindən ölüm diaqnozu qoyulan 62 yaşlı xəstə üç saatdan sonra yenidən həyat əlamətləri göstərib.
Gundem.today xəbər verir ki, bu qeyri-adi hadisə barədə BFMTV telekanalı xəbər verib.
Kanalın məlumatına əsasən, Bretan bölgəsində yaşayan Didye adlı şəxs Renn Universitet Xəstəxanasında ürək çatışmazlığı diaqnozu ilə müalicə alıb. Tibbi personalın təxminən 40 dəqiqəlik davamlı reanimasiya tədbirləri nəticə verməyib. Nəticədə xəstənin vəfat etdiyi rəsmiləşdirilib və bu barədə onun yaxınlarına məlumat verilib.
Lakin hadisədən üç saat keçdikdən sonra klinika işçiləri kişinin nəbzinin yenidən vurduğunu aşkar ediblər. Dərhal reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin bir neçə günlük müalicədən sonra səhhəti normallaşıb. Özünə gələn şəxsdə hərəkət qabiliyyəti və ya nitqin hər hansı ciddi pozuntusu qeydə alınmayıb.
Pasiyent baş verənləri "böyük bir şans" adlandırıb. Mütəxəssislər isə bu vəziyyətin, reanimasiya müdaxiləsi dayandırıldıqdan sonra ürək fəaliyyətinin öz-özünə bərpa olunduğu "Lazar fenomeni" ola biləcəyini istisna etmirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaUzunömürlülüyü müəyyən edən sadə test: Cəmi bir hərəkətlə sağlamlığınızı yoxlayın
Amerikalı teleaparıcı və revmatoloq Natali Azar uzunömürlülüyü proqnozlaşdırmaq üçün sadə test açıqlayıb.
Dünya"Labubu" sürətlə müştərilərini itirməyə başlayıb
Məşhur "Labubu" gəlinciklərinin istehsalı ilə məşğul olan Çinin "Pop Mart" şirkətində ciddi tənəzzül əlamətləri müşahidə olunmağa başlayıb.
DünyaYaponiyada küçədən pul tapan yaşlı qadın həbs olundu
Yaponiyada küçədə tapdığı pulqabını mənimsəyən və bu barədə polisə məlumat verməyən yaşlı qadın həbs olunub.
DünyaRusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA
Rusiyada 2026-cı ilin may bayramlarında ümumi turist axınının ötən illə müqayisədə 15-20% azaldığı bildirilib.