FTB direktorunun "içki qalmaqalı": Qurum araşdırmalara başlayıb?
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) rəhbəri Keş Patel barədə məlumat sızması ilə bağlı araşdırmaya başlayıb.
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) rəhbəri Keş Patel barədə məlumat sızması ilə bağlı araşdırmaya başlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "MS NOW" nəşri iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
İddialara görə, araşdırma çərçivəsində məlumatı əldə edən jurnalistin telefon qeydləri, məlumat bazası və sosial şəbəkə əlaqələri araşdırılır. Bəzi FTB əməkdaşlarının bundan ciddi narahat olduğu bildirilir.
FTB-nin rəsmi nümayəndəsi Ben Uilyamson isə bu məlumatları təkzib edib.
"Belə bir araşdırma yoxdur və jurnalist istintaqa cəlb edilməyib", - o deyib.
"The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberq yeni təfərrüat ortaya çıxacağı halda açıqlama verəcəyini bildirib.
Qeyd edək ki, apreldə dərc olunmuş məqalədə jurnalist Sara Fitapatrik anonim mənbələrə istinadən Patelin alkoqola meyilinin ciddi narahatlıq yaratdığını və onun bəzən səhərlər oyandırılmasının çətin olduğunu yazmışdı.
Patel nəşrə qarşı böhtan iddiası qaldırıb, lakin jurnal və jurnalist materialın doğruluğunda israrlıdır və əlavə təsdiqlər əldə etdiklərini bildirirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"OpenAI" "ChatGPT" üçün yeni pulsuz modeli təqdim edib
ABŞ-nin "OpenAI" şirkəti yeni əsas çatbot modeli olan "GPT-5.5 Instant"ı təqdim edib.
DünyaQəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
Qəzza zolağında HƏMAS hərəkatının rəhbərlərindən biri Xəlil əl-Həyyənin oğlu Azzam əl-Həyyə həlak olub.
DünyaAvropa İttifaqı yenidən formalaşdılır? - Almaniya islahat üçün altı bəndlik plan təqdim etdi
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqının (Aİ) təkrar formalaşdırılması üçün altı bənddən ibarət plan təqdim edib. O, qurumun xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində daha fəaliyyətqabiliyyətli olması üçün genişmiqyaslı islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
DünyaAvropa İttifaqı yenidən formalaşdırılır? - Almaniya altı bəndlik islahat planını təqdim etdi