
ABŞ-İran atəşkəsi fonunda Yaxın Şərq ölkələrinə hücumlar edilir
ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Yaxın Şərqdə hələ də ayrı-ayrı hücumlar qeydə alınmaqdadır.
ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Yaxın Şərqdə hələ də ayrı-ayrı hücumlar qeydə alınmaqdadır.
Gundem.today xəbər verir ki, bu barədə çərşənbə günü BBC məlumat yayıb.
Bildirilir ki, İsrail rəsmisinin sözlərinə görə, səhər saatlarında ölkəsi İrana zərbələr endirib. İsrailin özündə də çoxsaylı partlayış səsləri eşidilib. Bəhreyndə həyəcan siqnalı işə düşüb və vətəndaşlara sığınacaqlara getmələri tövsiyə edilib.
Həmçinin ABŞ-nin İranla atəşkəs elan etməsindən bir neçə saat sonra Manamada partlayışlar baş verib. Krallığın Daxili İşlər Nazirliyindən bildirilib ki, mülki müdafiə qüvvələri İranın zərbəsindən sonra obyektdə başlayan yanğını söndürürlər. Qurum zərərçəkənlər barədə məlumat verməyib.
Qətərin Müdafiə Nazirliyi isə ölkə istiqamətində atılan İran raketlərinin havada zərərsizləşdirildiyini bəyan edib.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi öz bəyanatında ölkənin hazırda İrandan gələn raket zərbələri və yaxınlaşan pilotsuz uçuş aparatları ilə üzləşdiyini vurğulayıb.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi son bir neçə saat ərzində hücum təhlükəsi ilə bağlı ən azı iki xəbərdarlıq yayımlayıb. Lakin sonradan vəziyyətin tam təhlükəsiz olduğu elan edilib.
"Mehr" agentliyinin verdiyi məlumata görə, ABŞ ilə atəşkəs elan olunduqdan sonra İranın Lavan adasında yerləşən neft emalı zavodunda bir neçə partlayış qeydə alınıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
8 aprel 2026-cı il tarixində Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaQazaxıstan öz hava məkanından Türkiyə hərbi təyyarələrinin keçidinə icazə verəcək
Qazaxıstan öz hava məkanından Türkiyəyə məxsus hərbi personalın və texnikanın tranzit keçidinə şərait yaradacaq.
DünyaHörmüz boğazında zərbə alan gəmidəki itkin düşmüş dənizçilərin taleyi məlum oldu
Hörmüz boğazından keçərkən zərbəyə məruz qalan və partlayış baş verən Tailandın "Mayuree Naree" gəmisində itkin düşmüş üç dənizçinin öldüyü məlum olub.
Dünyaİspaniya XİN rəhbəri: "Müharibənin bitdiyini söyləmək hələ tezdir"
"Vaşinqton və Tehran arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İran ətrafındakı münaqişənin tamamilə başa çatdığını söyləmək üçün hələ tezdir".
DünyaƏrdəbildə Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım tədbiri keçirilib - VİDEO
İranın Ərdəbil şəhərinin sakinləri mərhum ali lider Əli Xameneinin ölümünün 40-cı günü ilə bağlı anım tədbirləri təşkil ediblər.