
Gəncədə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 8-də Gəncə Dövlət Universitetində (GDU) müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 8-də Gəncə Dövlət Universitetində (GDU) müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, tədbirdə GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək iştirakçılara tədbirlə bağlı ətraflı məlumat veriblər.
G.Fətəliyeva çıxışında Gəncə şəhərinin qədim tarixi, mədəniyyəti və inkişaf mərhələləri haqda sessiyanın iştirakçılarını məlumatlandırıb.
R.İdrisoğlu çıxışında bildirib ki, "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunacaq WUF13-ün Azərbaycanda keçirilməsi təsadüfi deyil. O qeyd edib ki, Azərbaycan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasına üzv seçilib və "Hər kəs üçün münasib mənzil" üzrə Açıq Hökumətlərarası İşçi Qrupuna həmsədrlik etməklə qlobal şəhərsalma gündəliyinin formalaşmasına birbaşa töhfə verir. Bununla yanaşı, Azərbaycanın insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Ekspert İşçi Qrupunda da fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən R.İdrisoğlu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini də xüsusi vurğulayıb.
E.Rəsulov universitetin müəllim və tələbələrini WUF13 tədbirinə dəvət edərək bildirib ki, Forumun proqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.
WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətWUF13-də iştirak etmək üçün necə qeydiyyatdan keçmək olar? - VİDEO
17-22 may 2026-cı il tarixlərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində açılış mərasimi mayın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
CəmiyyətŞahdağa qar yağır: Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Mayın 8-i saat 16:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.
CəmiyyətBuraxılış imtahanlarında 8 nəfər maksimum nəticə göstərib - FOTO
Aprelin 12-də keçirilən buraxılış imtahanı iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla maksimal nəticə əldə edib.
CəmiyyətQHT sədri: "Xırdalandan keçib evə çatmaq mümkün deyil"
"Bakıda şəhərsalmada olan ən böyük problemi yolların salınması ilə bağlıdır".