
"PAŞA Holding" struktur transformasiyası çərçivəsində "PAŞA Ventures Company" MMC-ni təsis edib
"PAŞA Holding" davam edən struktur transformasiyası və strateji inkişaf planları çərçivəsində "PAŞA Ventures Company" MMC-nin yaradıldığını elan edib. Hüquqi baxımdan əvvəlki "PAŞA Management Company" əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək. "PAŞA Ventures Company" MMC-nin idarəçiliyi altında "Saffron Restaurant Group", "Blue Planet" p
"PAŞA Holding" davam edən struktur transformasiyası və strateji inkişaf planları çərçivəsində "PAŞA Ventures Company" MMC-nin yaradıldığını elan edib. Hüquqi baxımdan əvvəlki "PAŞA Management Company" əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək. "PAŞA Ventures Company" MMC-nin idarəçiliyi altında "Saffron Restaurant Group", "Blue Planet" pərakəndə satış şirkəti, "Caspian Entertainment" və "PAŞA Travel" kimi aktivlər birləşdiriləcək.
Şirkətin baş icraçı direktoru vəzifəsinə Elnur Əmikişiyev təyin olunub. Elnur 2020-ci ildən etibarən "PAŞA Holding"də xüsusi layihələr üzrə direktor və ventures istiqaməti üzrə İcraçı Direktor vəzifələrində çalışıb. Qrupa qoşulmazdan əvvəl o, 23 il ərzində BP şirkətində Maliyyə və Kommersiya departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
"PAŞA Ventures"in yaradılması müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin daha effektiv idarə olunmasına və inkişafına əlavə imkanlar yaradacaq. İnanıram ki, bu fəaliyyət holdinqimizin fəaliyyət göstərdiyi ölkələrin inkişafına töhfə vermək məqsədinə xidmət edəcək", - deyə "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Qeyd edək ki, bu dəyişiklikdən sonra "PAŞA Holding"in strukturu üç alt-holdinqdən (aktivlər qrupu) ibarət olacaq: "PAŞA Maliyyə Holding", "PAŞA Real Estate" və "PAŞA Ventures". Bununla yanaşı, holdinq çərçivəsində "Agro Dairy" və "Bravo" şirkətləri ayrıca vertikallar kimi fəaliyyətlərini davam etdirəcəklər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərAdriana Lima və Alessandra Ambrosio "Trendyol" ilə əməkdaşlığa başlayıb - FOTO
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb. Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq "Trendyol"un Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən qlobal ink
Digər"Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın "Məzun günü" keçirilib - FOTO
Mayın 6-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyasının və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın məzunlarının layihə təqdimatları baş tutub.
Digər"HONOR" flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası - FOTO
Qlobal texnologiya brendi "HONOR Azərbaycan"da premium orta seqmentdə inqilab yaradan "HONOR 600" seriyasını təqdim etdi. Yeni cihazlar qabaqcıl AI imkanlarını, flaqman kamerasını və rekord həcmdə batareya ömrünü birləşdirərək istifadəçilərə yalnız ən yüksək modellərdə mövcud olan texnologiya səviyyəsini təklif edir.
DigərAHİK-in təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Xalq üçün yaşanan ömür" adlı tədbir keçirilib.