Son dəqiqə
Acqarına soyuq su içirsiniz? - Rusiyalı mütəxəssis təhlükədən danışdı"İnsanları işlədirlər, pulunu vermirlər" - Kitab sektorunda qalmaqallı İDDİALARABŞ-dən strateji addım: Hind okeanındakı adaları almaq istəyirPutinin mesajını Zelenskiyə kim çatdırıb? - Adı açıqlandıİrandan yeni xəbərdarlıq: "Raketlər buraxılışa hazır vəziyyətdədir"İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Gömrükçülərin sınaq müddəti necə qiymətləndiriləcək? - Yeni tələblər
Gömrükçülərin sınaq müddəti necə qiymətləndiriləcək? - Yeni tələblər
Cəmiyyət

Gömrükçülərin sınaq müddəti necə qiymətləndiriləcək? - Yeni tələblər

08:00
0 baxış
Paylaş:

Gömrük orqanlarında sınağın keçirilməsi qaydası və şərtləri təsdiqlənib.

Gömrük orqanlarında sınağın keçirilməsi qaydası və şərtləri təsdiqlənib.

Gundem.today-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, qeyd olunan şəxslər barəsində sınaq müddəti müəyyən edilməyəcək və onlar müvafiq vəzifəyə təyin olunmaqla gömrük orqanlarında daimi xidmətə qəbul olunacaqlar:

- gömrük orqanlarında rəhbər vəzifələrə təyin olunan şəxslər;

- dövlət qulluqçusu və ya əvvəllər dövlət qulluğunda işləmiş və müvafiq ixtisas dərəcəsinə malik olan şəxslər;

- elmi dərəcəsi olan şəxslər.

Sınaq müddəti müəyyən edilmiş şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq altı aya qədər sınaq müddəti müəyyən ediləcək. Sınaq müddəti müəyyən edilmiş şəxslər xüsusi rütbə verilmədən müvafiq vəzifəyə təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.

Sınaq müddəti gömrük orqanına işə qəbula dair əmrdə göstəriləcək. Sınaq müddəti Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən qısaldıla bilər.

Müəyyən edilmiş müddətin nəticələri sınaq müddəti müəyyən edilmiş şəxsə təyin olunan mentor, habelə ilkin peşə hazırlığı kursunu həyata keçirən Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən qiymətləndiriləcək.

Mentor tərəfindən verilən tapşırıqların icrasının nəticələri nəzərə alınmaqla onların yerinə yetirilməsi sınaq müddətinin sonunda mentor tərəfindən aşağıdakı qaydada qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır:

- 5 (yüksək) - tapşırıqlar tələb olunan səviyyədən daha yüksək keyfiyyətlə və müəyyən edilmiş icra müddətindən əvvəl yerinə yetirildikdə;

- 4 (yaxşı) - tapşırıqlar tələb olunan səviyyədə və müəyyən edilmiş icra müddətində yerinə yetirildikdə;

- 3 (kafi) - tapşırıqlar tam həcmdə yerinə yetirilmədikdə və sınaq müddəti müəyyən edilmiş şəxsin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac olduqda;

- 2 (qeyri-kafi) - tapşırıqlar yerinə yetirilmədikdə.

Tapşırıqlar üzrə verilmiş qiymətlərin cəmi onların sayına bölünməklə orta qiymət balı müəyyən ediləcək.

Mentorun yekun qiyməti üç bal və daha yüksək olduqda nəticə məqbul hesab olunacaq.

Bundan başqa, peşə bacarıqlarının, həmçinin etik davranış qaydalarına və xidməti intizama riayət etmənin qiymətləndirilməsi aparılacaq.

Sınaq müddətinin qiymətləndirilməsinin nəticələri ilə razı olmayan sınaq müddəti müəyyən edilmiş şəxs həmin nəticələrdən inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.

Komitənin tabeliyində olan qurumlarda praktiki tibb və ya əczaçılıq fəaliyyəti, habelə tədris fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rütbə nəzərdə tutulan vəzifələrə ilk dəfə təyin olunan şəxslərin sınaq keçməsi DGK-nin insan resursları sahəsində təşkilati və nəzarət funksiyalarını həyata keçirən struktur bölməsi ilə razılaşdırılmaqla həmin qurumlar tərəfindən həyata keçiriləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dövlət_Gömrük_Komitəsi_(DGK)#Gömrük_orqanları#İşə_qəbul#Qanunvericilik#Dövlət_qulluqçuları

Oxşar Xəbərlər

Acqarına soyuq su içirsiniz? - Rusiyalı mütəxəssis təhlükədən danışdıCəmiyyət

Acqarına soyuq su içirsiniz? - Rusiyalı mütəxəssis təhlükədən danışdı

"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə bilər".

03:310
"İnsanları işlədirlər, pulunu vermirlər" - Kitab sektorunda qalmaqallı İDDİALARCəmiyyət

"İnsanları işlədirlər, pulunu vermirlər" - Kitab sektorunda qalmaqallı İDDİALAR

Yazıçılar yazır, tərcüməçilər tərcümə edir, naşirlər nəşr edir. Amma qədim zamanlardan bəri bu tərəflər bir-birindən narazı olublar. Naşirlər yazıçıların tənbəlliyindən və qeyri-işgüzar yanaşmasından, tərcümənin qeyri-səlisliyindən şikayətləniblər. Müəlliflər isə naşirləri onlara az pul ödəməkdə günahlandırıblar. Tərəflər arasındakı bu anlaşılmazlıqlar zaman-zaman üzə çıxır və çözülmür. Bəs səbəb nədir?

03:000
Azərbaycanda turistlər hansı problemlərlə üzləşirlər? - VİDEOCəmiyyət

Azərbaycanda turistlər hansı problemlərlə üzləşirlər? - VİDEO

Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.

01:120
Bu gün bəzi ərazilərdə su kəsiləcəkCəmiyyət

Bu gün bəzi ərazilərdə su kəsiləcək

Sumqayıtın bəzi ərazilərində su təchizatında fasilələr yaranacaq.

00:480