Son dəqiqə
Zelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"Türkiyədən Yunanıstana sərt cavab"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDIBDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO53 nömrəli marşrutun avtobusları yenilənirTramp: "Ələ keçirdiyimiz İran gəmisində "xoşagəlməz hədiyyə" olub"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Görmədilər, yoxsa görmək istəmədilər?
Görmədilər, yoxsa görmək istəmədilər?
Cəmiyyət

Görmədilər, yoxsa görmək istəmədilər?

Bu gün
18:00
0 baxış
Paylaş:

Kubra Məhərrəmova yazır...

Kubra Məhərrəmova yazır...

Dünyanın hər yerində ən müxtəlif sahələrdə fərqlənən, xüsusi istedada malik şəxslərə mükafatlar verilir. Film, incəsənət, idman, siyasət və s. Təbii ki, bunun ən yüksək səviyyədə olanı da var, əlli manata satılanı da.

Dünən baş verən hadisəyə görə isə "İlin anası" mükafatı təsis olunmalıdır.

Bu kateqoriya üzrə heç araşdırma aparmağa ehtiyac da yoxdur. Mükafatı elə poçtla Ucara göndərmək lazımdır.

Qısa xülasə verim ki, Ucarda 15 yaşlı yeniyetmə qız uşaq dünyaya gətirib. Hər ikisinin vəziyyəti normaldır. Dövlət qurumları hadisəni nəzarətdə saxlayır və araşdırma aparır.

Hadisənin ən dramatik məqamı isə odur ki, 15 yaşlı qızın anası məsuliyyəti üstündən atır və qeyd edir ki, qızının hamilə olduğunu bilməyib: "Martın 31-də qızımı Ağdaşda mama-həkimin yanına apardıqda hamilə olduğunu öyrəndim".

Ana müsahibəsində deyir ki, qızını həkimin yanına aparandan sonra onun hamilə olduğunu öyrənib.

Ananın dediyindən iki nəticə çıxara bilərik. Hamilə olan qadında müəyyən bəlli əlamətlər olur. Mümkün deyil ki, qarın çıxması, ürəkbulanma və s. əlamətlərdən onun hamiləliyi hiss olunmasın. Ananın açıqlaması heç də ağlabatan deyil.

İkinci məsələ isə daha çox təəccüb doğurur. Əgər ananın heç nədən xəbəri yox idisə, niyə övladını, 15 yaşlı qızını məhz mama-həkimin yanına yoxlanışa aparıb? Niyə məhz terapevtə yox, mədə həkiminə yox məhz mama-həkimin yanına aparıb?

Ola bilsin ki, məsələ bir az başqa cür olub və indi nələrinsə üstünü elə valideynlər örtməyə çalışırlar.

Ana iddia edir ki, qızı qonşudan hamilə qalıb. Məhz qonşu oğlan onun qızına təcavüz edib. Daha sonra əlavə edir ki, onlar ailəvi dost olublar, bir-birlərinin evlərinə gedib-gəliblər.

Vacib haşiyə, çox vaxt uşaq və yeniyetmələr elə yaxınları tərəfindən təcavüzə məruz qalırlar. Sonrakı mexanizm isə artıq gün kimi aydındır. Təcavüz edən tərəf digərini təhdid, şantaj edir, valideyni ilə münasibətləri normal, sağlam olmayanlar isə uzun müddət bu cür təcavüzün qurbanına çevrilirlər.

15 yaşlı yeniyetmənin təcavüzə uğraması istisna hal deyil. Ələlxüsus da hansısa rayonda. Amma məsələ təkcə "uzaqlıqda" deyil, paradoks ondadır ki, rayon yerində heç nə gizli qalmır. Sadəcə bəzi şeylər barədə danışmamağı daha üstün tuturlar.

Ağlımda başqa ssenari də canlanır. Bəlkə də ana elə əvvəldən bilib bu hadisəni.

Hazırda yeniyetmənin qonşu oğlanla münasibətin könüllü olub-olmamasını müzakirə etmirəm.

Ola bilərmi ki, rayon yerlərində geniş tətbiq olunan erkən nikah baş verib?

Toy etməyiblər ki, "baş ağrısı" olmasın.

Sonra nəsə düz getməyib qız qayıdıb ata evinə. Təbii ki, hamilə vəziyyətdə.

Çünki təcavüzdə ittiham olunan qonşu oğlanın atası deyir ki, oğlum günahsızdır: "Məsələ ilə bağlı altı-yeddi nəfər izahat vermək üçün polis şöbəsinə çağırılıb. DNT analizi cavabı hər şeyi aydınlaşdıracaq. Mənim övladımın üzərinə şər atırlar".

Bu ifadə isə əvvəlki versiyaları şübhə altına alır. Niyə altı-yeddi nəfər bu epizod üzrə polisdə izahat verib? Niyə ata bu qədər əmindir, hətta atalığı müəyyənləşdirəcək testlə bağlı fikir yürüdür?

Bu sadəcə mətbuata, kameralara "blef" gəlməkdir, yoxsa həqiqətən də hadisədə altı-yeddi nəfər hallanır?

Sadəcə ananın bu qədər "sadəlövh" rolu oynaması məndə əsaslı şübhələr yaradır. Bunu nə üçün edir?

Bundan savayı hamımız bilirik ki, rayon yerlərində insanlar bir-birlərini daha yaxşı tanıyır. Məktəblərdə müəllimlər əla bilir ki, məsələn bu, filan kənddə yaşayan Əbülfəzin oğludur, ya da qızıdır.

Yəni 15 yaşında qız uşağının məktəbdə davranışı heç kimin gözünə tərs gəlməyib?

Müəllimlər uşağın davranışındakı dəyişiklikləri (susqunluq, aqressiya, fiziki dəyişikliklər) görməyiblər? Yoxsa məsuliyyət götürmək istəməyiblər? Yoxsa 15 yaşlı qız ümumiyyətlə məktəbə getməyib və təhsildən yayındırılıb?

Belə çıxır ki, regionlarda heç bir sosial rıçaq, xidmət yoxdur, hər kəs öz başının ağasıdır.

Hər zaman olduğu kimi, hadisə baş verəndən sonra dövlət qurumları hadisəni "nəzarətə götürür".

Amma yenə də daşlar yerinə oturmur! 15 yaşında qızın qarnının çıxmasını necə ola bilər ki, nə ana, nə qonşular, nə müəllimlər görməyiblər?

Bunu bir dəfə yazmışdım, yenə də təkrar yazıram. Əgər bir kənddə bir kişi bir qadının evində gecələsə, səhər rayon mərkəzinə kimi bu məsələ müzakirə olunacaq. Özü də detallarla, incəliklərlə.

Hər çayçıda, hər qonşuda, hər evdə. Kişili-qadınlı ağız dolusu qeybət edəcəklər. 15 yaşlı yeniyetmənin hamilə qalıb dünyaya uşaq gətirməsi faktı var, amma bu barədə heç kim, heç nə bilmir... Ya da qonşuların "kamerası" müvəqqəti işləməyib. Başqa ağlıma heç nə gəlmir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Kubra_Məhərrəmova

Oxşar Xəbərlər

"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDICəmiyyət

"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI

Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyunun 13-də keçiriləcək.

Bu gün
19:480
BDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEOCəmiyyət

BDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən "Danışır təcrübə" layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un baş direktoru, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.

Bu gün
19:400
53 nömrəli marşrutun avtobusları yenilənirCəmiyyət

53 nömrəli marşrutun avtobusları yenilənir

53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.

Bu gün
19:360
Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıbCəmiyyət

Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb

Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 santimetr artaraq 893, Sabirabad rayonu ərazisində 7 santimetr artaraq 751, Şirvan ərazisində 16 santimetr artaraq 557, Salyan rayonu ərazisində 20 santimetr artaraq 685, Neftçala rayonu ərazisində isə 4 santimetr artaraq 190 santimetr olub.

Bu gün
19:240