Son dəqiqə
Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar üzə çıxardıUitkoff və Kuşnerin Pakistan səfəri baş tutmayıbBaş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedibİran ABŞ ilə danışıqlar aparmaqdan İMTİNA ETDİFIFA qadın millilərin yeni reytinq siyahısını təqdim etdi: Azərbaycan neçənci sıradadır?Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. BDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO
BDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO
Cəmiyyət

BDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO

Bu gün
19:40
0 baxış
Paylaş:

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən "Danışır təcrübə" layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un baş direktoru, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən "Danışır təcrübə" layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un baş direktoru, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.

Gundem.today xəbər verir ki, Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev ölkənin media məkanında xüsusi çəkisi olan jurnalistlərlə silsilə görüşlərin artıq fakültənin ənənəsinə çevrildiyini bildirib. O, "APA Media Group"un Azərbaycanda onlarla jurnalist üçün məktəb olduğunu bildirib, onun rəhbəri Vüsalə Mahirqızının peşəkar jurnalist, redaktor, işəgötürən kimi iş prinsiplərini tələbələrin diqqətinə çatdırıb. Belə tədbirlərin gənc jurnalistlərin düzgün istiqamətləndirilməsində və peşəkar kadr kimi yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb: "Bugünkü görüşdə də illərin təcrübəsini dinləyəcəyik".

Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihə barəsində məlumat verib. Gənc jurnalistlərin peşəkarların praktik fəaliyyəti ilə yaxından tanış ola biləcəyi vahid platformanı formalaşdırmaq məqsədilə keçirilən "Danışır təcrübə" layihəsində tələbələri aktiv olmağa çağırıb.

Daha sonra çıxış edən Vüsalə Mahirqızı mediadakı fəaliyyəti ilə bağlı təcrübələrini tələbələrlə bölüşüb. Bildirib ki, xəbər materialında dəqiqlik operativlikdən daha vacibdir, peşəkar jurnalist, media qurumu öz nüfuzunu oxucularına verdiyi dəqiq məlumatlarla qaldırır və saxlayır: "Jurnalistin əsas işi xəbərdir. Onun hadisənin, xəbərin içində olması əsas təcrübəsidir. Bu təcrübə nə qədər çoxdursa, həmin jurnalist və ya media qurumu auditoriyası üçün o qədər qiymətlidir. Yaxşı jurnalistin üstünlüyü yenə də onun işində, qələmində, operativliyində və düzgünlüyündədir. Bu gün həmin meyarlar gözlənilməsə də, oxucu yenə də əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün bizə - yəni, dəqiq olan mənbəsinə müraciət edir. Jurnalisti qiymətli edən budur".

Rəhbərlik etdiyi media qurumunun Cənubi Qafqazın öncüllərindən olduğunu vurğulayan "APA Media Group"un baş direktoru bu uğurun təcrübəyə, peşəkarlığa, dəqiqliyə əsaslandığını deyib: "Bu gün "APA Media Group"un daxilində "Azəri-Press" Agentliyi (APA) MMC, "Lent.az", "Vesti.az", "APASport.az", "Kulis.az", APA TV kimi müxtəlif media qurumları fəaliyyət göstərir. Öz sahəsində müxtəlif ilkləri reallaşdıran qurumumuz yeniliklərin tətbiqini də daim əsas götürür. 2024-cü ildə yaradılan "APA Jurnalist Məktəbi" də peşəkar kadr hazırlığı prosesində müasir yanaşmanı ortaya qoyur. Bir zamanlar ailəmizin üzvü olan jurnalistlər, redaktorlar artıq öz müstəqil sayt və agentliklərinin rəhbəridirlər. Bütün bunlar ölkə mətbuatına verdiyimiz töhfənin göstəricisidir".

Vüsalə Mahirqızı tələbələrə dilimizin imkanlarından düzgün istifadə etməyin jurnalist yazısı üçün əsas tələb olduğundan da söz açıb: "Çünki jurnalistin yazısı, reportajı və müsahibəsi onun əsəridir".

Sonda Vüsalə Mahirqızı tələbələrin suallarını cavablandırıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Bakı_Dövlət_Universiteti_(BDU)#Mətbuat_Şurası

Oxşar Xəbərlər

Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMACəmiyyət

Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA

"İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib".

Bu gün
21:000
Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: "28 May" stansiyasında sərnişin qatar yoluna düşdüCəmiyyət

Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: "28 May" stansiyasında sərnişin qatar yoluna düşdü

Bu gün saat 20:20-də metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu gün
20:460
Bakı metrosunda daha bir insident: Ölən varCəmiyyət

Bakı metrosunda daha bir insident: Ölən var

Bu gün saat 20:20-də metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu gün
20:460
Hazırlığa getmədən 300 bal yığan şagird danışdı - VİDEOCəmiyyət

Hazırlığa getmədən 300 bal yığan şagird danışdı - VİDEO

Tam orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanlarında respublika üzrə cəmi iki nəfər maksimal nəticə göstərib. Onlardan biri "Zəngi" liseyinin rus bölməsinin şagirdi Muhammedali Qurbanovdur.

Bu gün
20:360