
Gürcüstanda 181 min dollarlıq qarətin üstü açılıb, iki nəfər saxlanılıb
Gürcüstanın paytaxtı Tbilisidə iki nəfər soyğunçuluqda ittiham olunaraq saxlanılıb, daha bir nəfər barəsində qiyabi ittiham irəli sürülüb.
Gürcüstanın paytaxtı Tbilisidə iki nəfər soyğunçuluqda ittiham olunaraq saxlanılıb, daha bir nəfər barəsində qiyabi ittiham irəli sürülüb.
Gundem.today xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılanlar 25 və 26 yaşlı Gürcüstan və Rusiya vətəndaşlarıdır. İstintaq müəyyən edib ki, onlar əlbir olduqları digər şəxslə birlikdə aprelin 14-də iki nəfəri aldadaraq Tbilisidə yerləşən mənzilə gətirib silahla hədələyərək 181 min dollar, eləcə də zinət əşyaları və qol saatlarını ələ keçiriblər.
Cinayətdən sonra hər üç şəxs hadisə yerindən qaçıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin kimliyi müəyyən edilib və onlardan ikisinin yeri aşkar olunub. Yaşayış ünvanlarında aparılan axtarış zamanı cinayətdə istifadə olunan əşyalar - odlu silah, yapışqan lent və qadın pariki götürülüb.
Nazirlik oğurlanan pul və digər əşyaların tapılıb-tapılmadığını açıqlamayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi (qrup halında törədilmiş soyğunçuluq) ilə araşdırma aparılır. Bu maddə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ-nin minatəmizləmə cəhdlərini atəşkəsin pozulması hesab edir
"Tehran ABŞ-nin İranın akvatoriyasını minalardan təmizləmə cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir".
DünyaKİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatları bərpa oluna bilər
ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
DünyaKİV: Tramp müşavirə keçirdi - İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilər
ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
DünyaKiyevdə baş vermiş atışma terror aktı kimi qiymətləndirilib
Ukraynanın paytaxtı Kiyevdə baş verən və altı nəfərin ölümü ilə nəticələnən atışma terror aktı kimi qiymətləndirilib.