
Gözlənilən sel və daşqınla bağlı əhaliyə XƏBƏRDARLIQ
"Əhali sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalıdır".
"Əhali sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalıdır".
Gundem.today xəbər verir ki, bu çağırış Fövqəladə Hallar Nazirliyinin ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciətində yer alır.
Bildirilib ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağış müşahidə olunur:
"Belə hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. İntensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə halla üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabunçuda iki nəfərin boğulduğu tunel yenidən bağlandı
Paytaxtda müşahidə olunan güclü yağışlar səbəbindən Sabunçu rayonu ərazisində nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq edilib.
CəmiyyətDəhşətli hadisələrin arxasındakı SƏBƏB: "Hərəyə bir cür təsir edir" - VİDEO
Alkoqol asılılığının yaratdığı ictimaiyyətdə narahatlıq doğuran əsas problemlərdən birinə çevrilib.
CəmiyyətQubada kanalizasiya borusu tutuldu, evləri çirkab su basdı - FOTO
Quba rayonunun Zərdabi qəsəbəsində kanalizasiya borusunun tutulması nəticəsində evləri və yolu su basıb.
CəmiyyətBaba Əl-Bekay: "Qarabağda dini abidələrin bərpası dərin hörmət hissi doğurur"
"Qarabağda dini abidələrin bərpası və şəhərlərdə genişmiqyaslı tikinti işlərinin aparılması dərin hörmət hissi doğurur".