Son dəqiqə
Qərbi Azərbaycan Xronikası: "Ermənilər çalışırdılar ki, biz onların dilində danışaq" - VİDEOABŞ-də istefa dalğası: Generallar postlarını niyə tərk edirlər? - VİDEOİranla müharibədə yaralanan və ölən amerikalı hərbçilərin sayı açıqlandıBakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEO"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEORonaldu zədədən sonra keçirdiyi ilk matçda dubl etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO
Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO
Siyasət

Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO

Bu gün
21:12
0 baxış
Paylaş:

Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.

Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

CNN-in ABŞ kəşfiyyatına istinadən yaydığı son məlumatlara görə, Tehran hələ də region üçün təhlükəli sayılan raket və dron arsenalının əhəmiyyətli hissəsini qoruyub saxlayır.

Qiymətləndirmələrə görə, İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də işlək vəziyyətdədir. Bu isə o deməkdir ki, ölkə ona qarşı zərbələrdən sonra belə hücum imkanlarını tam itirməyib. Üstəlik, minlərlə kamikadze dron, yəni birtərəfli hücum PUA-ları hələ də İranın arsenalında qalır və bu, ölkənin ümumi pilotsuz aparat potensialının təxminən 50 faizini təşkil edir.

Bu mənzərə ABŞ Prezidenti Donald Tramp Administrasiyasının "İranın hərbi gücü demək olar ki, məhv edilib" açıqlamalarından daha fərqli və daha mürəkkəb reallıqları ortaya qoyur.

İranın hərbi gücünün əsas xüsusiyyəti onun coğrafiya və struktur üstünlüyündə gizlənir. Tehran onilliklər boyu mümkün müharibəyə hazırlaşaraq raket infrastrukturu üçün geniş yeraltı şəbəkə qurub. "Raket şəhərləri" kimi tanınan bu obyektlər dağların altında, tunellərdə və mağaralarda yerləşir. Bu isə onları aşkarlamağı və məhv etməyi son dərəcə çətinləşdirir. Bəzi buraxılış qurğuları zərbələr nəticəsində torpaq altında qalsa da, tam sıradan çıxmayıb və potensial olaraq bərpa edilə bilər.

Bundan əlavə, İran mobil buraxılış platformalarından istifadə edir, yəni raket sistemləri sürətlə yerini dəyişir, zərbə endirir və yenidən gizlənir. Bu taktika ABŞ-nin Yəməndə husilərlə mübarizədə qarşılaşdığı çətinlikləri xatırladır.

İran Yaxın Şərqin ən geniş raket ehtiyatlarından birinə sahibdir. Ölkə qısa, orta və potensial olaraq daha uzaqmənzilli ballistik raketlərə malikdir. 300 kilometrlik taktiki raketlərdən başlayaraq, 2 min kilometrə çatan ortamənzilli sistemlərə qədər geniş spektr mövcuddur. Bu isə regiondakı ABŞ bazalarını, İsraili və hətta Avropanın bəzi hissələrini potensial hədəfə çevirir.

Bundan əlavə, İran həm də qanadlı raketlərə malikdir. Bu raketlər aşağı hündürlükdə uçaraq radar sistemlərindən yayınmaq qabiliyyəti ilə seçilir. Xüsusilə sahil mühafizəsi üçün nəzərdə tutulan qanadlı raketlərin böyük hissəsinin salamat qalması diqqət çəkir. Bu, İranın strateji baxımdan ən kritik nöqtələrdən biri olan Hörmüz boğazında gəmiçiliyi təhdid etmək imkanını saxladığını göstərir.

Ekspertlər hesab edirlər ki, İranın hərbi strategiyası yalnız hücum deyil, həm də çəkindirmə üzərində qurulub. Raket və dron arsenalı Tehranın əsas "asimmetrik cavab" vasitəsidir. Yəni texnoloji və hava üstünlüyünə malik rəqiblərə qarşı ucuz, çoxsaylı və yayılmış silahlarla balans yaratmaq.

Maraqlıdır ki, ABŞ və İsrail daha çox raketlərin buraxılış imkanlarını, yəni platformaları və infrastrukturu hədəf alır, amma bütün ehtiyatları tam məhv etmək mümkün olmur. Çünki İran bu sistemləri ölkə üzrə yayaraq mərkəzləşməni minimuma endirib.

Bütün bunlar münaqişənin heç də tez sona çatmayacağını göstərir. Yəni Yaxın Şərqdə hərbi qarşıdurmanın taleyini yalnız zərbələrin sayı deyil, kimin daha davamlı və adaptiv sistem qurduğu müəyyən edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İran#İran-İsrail_münaqişəsi#Yaxın_Şərq#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İsrail

Oxşar Xəbərlər

ABŞ-də istefa dalğası: Generallar postlarını niyə tərk edirlər? - VİDEOSiyasət

ABŞ-də istefa dalğası: Generallar postlarını niyə tərk edirlər? - VİDEO

Amerika Birləşmiş Ştatlarının İranla müharibə apardığı bir vaxtda ordunun Quru Qoşunlarının Qərargah rəisi, general Rendi Corc və digər iki general istefa verib.

Bu gün
01:480
Pezeşkian İlham Əliyevə təşəkkür etdiSiyasət

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu gün
22:180
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcəkSiyasət

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.

Bu gün
22:120
Hörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEOSiyasət

Hörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO

"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".

Bu gün
20:420