
Gürcüstanın güc strukturlarında kadr dəyişiklikləri baş verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin güc strukturlarında aparılacaq kadr dəyişiklikləri barədə məlumat verib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin güc strukturlarında aparılacaq kadr dəyişiklikləri barədə məlumat verib.
Gundem.today "İnterfax" agentliyinə istinadən verdiyi xəbər verir ki, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.
"Hökumətin strukturuna hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi əlavə ediləcək. Bu vəzifəni hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Mamuka Mdinaradze icra edəcək. Ona, həmçinin baş nazirin müavini vəzifəsini icra etmək tapşırılacaq", - deyə İ.Kobaxidze qeyd edib.
Dəyişikliklərə əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə hazırkı daxili işlər naziri Qeka Qeladze gətiriləcək. Daxili işlər naziri vəzifəsini isə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Sulxan Tamazaşvili icra edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniyada ehtiyatda olan hərbçilər üçün yaş həddi artırıla bilər - Səbəb nədir?
"Almaniyada ehtiyatda olan hərbçilər üçün maksimum yaş həddi 70-ə qaldırılmalıdır".
DünyaUitkoff və Kuşnerin Pakistan səfəri baş tutmayıb
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı, dövlət başçısının kürəkəni Cared Kuşner İranla danışıqlar üçün Pakistana yola düşməyiblər və hələ də ABŞ-dədirlər.
Dünyaİran ABŞ ilə danışıqlar aparmaqdan İMTİNA ETDİ
"İran ABŞ silahlı qüvvələri dəniz blokadasını qaldırmayana qədər Vaşinqton ilə danışıqların ikinci raundunu keçirməyəcək".
DünyaABŞ-İran danışıqlarında KRİTİK MƏQAM
"İran ABŞ silahlı qüvvələri dəniz blokadasını qaldırmayana qədər Vaşinqton ilə danışıqların ikinci raundunu keçirməyəcək".