Son dəqiqə
Bakıda faciəli durum: Yeddi nəfərlik ailə zirzəmilərdə gecələyir - VİDEOABŞ-nin sayca üçüncü aviadaşıyıcısı Yaxın Şərqə çatıbMakron siyasətdən gedəcəyini bildirdiXətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEOVinisius Juniorun "Real Madrid"dəki gələcəyinə aydınlıq gəldiVinisius Juniorun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə azadlıqdan məhrum edildi
Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə azadlıqdan məhrum edildi
Dünya

Gürcüstanın keçmiş müdafiə naziri 10 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün
00:00
0 baxış
Paylaş:

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeyə 10 il müddətinə həbs cəzası kəsib. O, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeyə 10 il müddətinə həbs cəzası kəsib. O, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

Gundem.today bu barədə "Rustavi-2" telekanalına istinadən xəbər verir.

"Məhkəmə keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni, onun keçmiş müavini Georgi Xayndravanı, Burçuladzenin həyat yoldaşının kürəkəni Vasil Mxeidzeni və Müdafiə Nazirliyinin satınalma şöbəsinin keçmiş rəisi Vladimir Quduşaurini təqsirli bilib", - deyə məlumatda bildirilir.

İşin fiqurantları V.Mxeidze və G.Xayndrava hər biri səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər. Keçmiş nazirin əmlakı da müsadirə olunacaq.

Xatırladaq ki, Gürcüstan məhkəməsi 13 sentyabr 2025-ci il tarixində hakimiyyətdən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunan, ölkənin eks-müdafiə naziri C.Burçuladzeni həbs etmişdi. Qeyd olunurdu ki, o, 2023-cü ildə hərbi hospitalı 1,4 milyon dollar əvəzinə, dəyəri 966 min dollardan çox olan avadanlıqla təmin edib. Bu zaman nazirliyə dəyən ziyan 483 min dollardan çox olub. Bundan əlavə, həmin il o, həyat yoldaşı ilə birlikdə İspaniyada daşınmaz əmlak alıb və əmlakın mənşəyini gizlətmək üçün Tsxnetidə saxta alqı-satqı müqaviləsi imzalayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Gürcüstan

Oxşar Xəbərlər

ABŞ-nin sayca üçüncü aviadaşıyıcısı Yaxın Şərqə çatıbDünya

ABŞ-nin sayca üçüncü aviadaşıyıcısı Yaxın Şərqə çatıb

ABŞ-nin "USS George H. W. Bush" atom aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu cümə axşamı regiondakı hərbi-dəniz qruplaşmasını gücləndirmək üçün Yaxın Şərqə gəlib.

Bu gün
01:180
Makron siyasətdən gedəcəyini bildirdiDünya

Makron siyasətdən gedəcəyini bildirdi

Fransa lideri Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən gedəcəyini bəyan edib.

Bu gün
01:120
Tramp İsrail-Livan danışıqlarında iştirak edəcəkDünya

Tramp İsrail-Livan danışıqlarında iştirak edəcək

İsrail və Livanın Vaşinqtondakı səfirləri Yexiel Layter və Nada Hamad Moavad məsləhətləşmələrinin yeni raundu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək.

Bu gün
00:240
Paşinyandan İrəvanda Türkiyə bayrağının yandırılmasına REAKSİYADünya

Paşinyandan İrəvanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılmasına münasibət bildirib. O bu hərəkəti "təxribatçı və gərginlik yaradan addım" kimi qiymətləndirib.

Bu gün
23:220