
"Haber Global" Azərbaycandan İrana yola salınan humanitar yardımla bağlı VİDEOSÜJET hazırlayıb
Azərbaycandan İrana üçüncü dəfə humanitar yardım yola salınıb.
Azərbaycandan İrana üçüncü dəfə humanitar yardım yola salınıb.
Gundem.today-ın xəbərinə görə, "Haber Global" bununla bağlı videosüjet hazırlayıb.
"10 yük maşınından ibarət olan yardımda ümumilikdə 200 ton məhsul yer alıb ki, bunlardan 190 tonunu qida məhsulları, 7 tonunu dərman və 3 tonunu isə tibbi ləvazimatlar təşkil edir.
Azərbaycan və İran prezidentləri arasında baş tutan danışıq zamanı Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə İlham Əliyevə təşəkkürünü bildirmiş, İlham Əliyev isə növbəti yardımın tezliklə göndəriləcəyini vurğulamışdı. Pezeşkian daha sonra sosial media paylaşımında İlham Əliyevə təşəkkür edərək, "Dost və qardaş xalqlar çətin zamanda bir-birini tapırlar" demişdi.
Azərbaycan ilk dəfə martın 10-da İrana təxminən 30 ton yardım göndərib. Daha sonra martın 18-də 82 ton ərzaq, dərman və tibbi ləvazimatlarla dolu maşınlar yola düşüb", - deyə materialda bildirilib.
Daha ətraflı videosüjetdə:
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətRusiya-Qərb qarşıdurmasının yeni ünvanı: Putin-Paşinyan görüşünün pərdəarxası - FOTO
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiya və Qərb arasındakı siyasi rəqabət kəskinləşir. Putin-Paşinyan görüşünün detalları, Moskvanın iqtisadi təhdidləri və Azərbaycanın bölgədəki güclü, müstəqil mövqeyi barədə ətraflı məlumat.
SiyasətAzərbaycan Prezidenti seneqallı həmkarını təbrik edib
Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu ünvanlayıb.
Siyasətİran səfiri Azərbaycana humanitar yardıma görə təşəkkür etdi
İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu ölkəsinə göndərilən 200 tonluq 3-cü humanitar yardım karvanına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.
SiyasətAzərbaycandan İrana növbəti humanitar yardım yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.