
"Haber Global" İlham Əliyevin Türkiyə səfərindən reportaj yayımladı - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalyaya səfər edib.
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalyaya səfər edib.
Gundem.today xəbər verir ki, bununla bağlı "Haber Global" reportaj yayıb.
"Azərbaycan liderini Antalya Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar. Səfərdə onu həyat yoldaşı Mehriban Əliyeva da müşayiət edir.
Səfər zamanı Antalya Diplomatiya Forumu çərçivəsində Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında görüş keçirilməsi gözlənilir. Görüşdə əsasən regional inkişaf məsələləri də daxil olmaqla müxtəlif mövzular müzakirə olunacaq. Forumda regional sülh prosesləri və beynəlxalq inkişaflar, eləcə də müxtəlif coğrafiyalardakı böhranlara dair fikir mübadiləsi aparılacaq. Tədbirdə bir çox ölkədən liderlər, diplomatlar və mütəxəssislər bir araya gələcəklər", - deyə telekanalın süjetində bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"
"Ağbənd körpüsü həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq".
SiyasətRusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"
"Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi çərçivəsində yeni dəmir yolu xəttinin inşasında maraqlıdır".
Siyasətİlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
SiyasətŞahin Mustafayev: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib"
"Regionda gərgin geosiyasi şəraitə baxmayaraq, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını və dayanıqlılığını tam şəkildə sübut edib".