Son dəqiqə
Bakıda yaddaşını itirmiş qadın axtarılırDiplomatik korpusun nümayəndələri Laçında - FOTO - VİDEOABŞ Almaniyadan beş min hərbçisini çıxarırFHN əməkdaşı iş başında öldü - FOTOBakıdan Təl-Əvivə uçuşlar bərpa edilir - Tarix açıqlandıBraziliyada güclü yağış və daşqınlar: Ölənlər var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Hafiz Paşayevin doğum günüdür
Hafiz Paşayevin doğum günüdür
Cəmiyyət

Hafiz Paşayevin doğum günüdür

Bu gün
11:00
0 baxış
Paylaş:

Mayın 2-si Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Hafiz Paşayevin doğum günüdür.

Mayın 2-si Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Hafiz Paşayevin doğum günüdür.

Gundem.today xatırladır ki, Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci ildə Bakı şəhərində anadan olub.

O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1964-67-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.

1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971-92-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dəki (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Hafiz Paşayev Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.

O, 2 may 2011-ci ildə Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

2 may 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə, 9 iyul 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 29 aprel 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Doğum_günü#Hafiz_Paşayev

Oxşar Xəbərlər

Bakıda yaddaşını itirmiş qadın axtarılırCəmiyyət

Bakıda yaddaşını itirmiş qadın axtarılır

Bakıda 61 yaşlı qadının itkin düşüb.

Bu gün
12:060
Diplomatik korpusun nümayəndələri Laçında - FOTO - VİDEOCəmiyyət

Diplomatik korpusun nümayəndələri Laçında - FOTO - VİDEO

Diplomatik korpusun nümayəndələri artıq Laçın rayonundadırlar.

Bu gün
12:030
FHN əməkdaşı iş başında öldü - FOTOCəmiyyət

FHN əməkdaşı iş başında öldü - FOTO

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Zamin Qalayev vəfat edib.

Bu gün
11:460
Bakıdan Təl-Əvivə uçuşlar bərpa edilir - Tarix açıqlandıCəmiyyət

Bakıdan Təl-Əvivə uçuşlar bərpa edilir - Tarix açıqlandı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.

Bu gün
11:400