
Hakan Fidan: "Hər üç lider bir-birini qardaşdan da çox sevir"
Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində üç ölkə lideri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin əl-ələ tutduqları şəkli şərh edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində üç ölkə lideri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin əl-ələ tutduqları şəkli şərh edib.
Gundem.today bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.
Forumun yekunu üzrə mətbuat konfransında çıxış edən H.Fidan "əslində, qardaşlar arasındakı həmrəylik mesajıdır" deyə bildirib.
Onun sözlərinə görə, hər üç lider bir-birini həqiqətən də qardaşdan artıq sevir. "Bu, həm də onların təmsil etdikləri dövlətlərin və xalqların ortaq hisslərinin təzahürüdür. Millətlər iradələrini liderlərə verirlər, liderlər bu iradəni millət adına istifadə edirlər və liderlərin bir araya gəlib bu cür müsbət həmrəylik içərisində olmaları, qardaşlıq nümayiş etdirmələri təbii ki, dünyaya örnək mesajdır, - deyə nazir vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAleksandar Vuçiç İlham Əliyevə zəng edib
Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
SiyasətMuxtar Babayev COP31-in prezidenti ilə görüşüb - FOTO
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in prezidenti Murat Kurum ilə görüşüb.
SiyasətCeyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.
SiyasətDünyada güc balansı yenidən yazılır - Antalyada hansı mesajlar verildi? - VİDEO
Antalya Diplomatiya Forumu bu il "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" şüarı ilə qlobal diplomatiyanın əsas müzakirə platformalarından birinə çevrildi.