Son dəqiqə
Tramp İrana ultimatum verdi: "Bəsdir"Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? - VİDEOTramp: "ABŞ nümayəndələri İranla danışıqlar üçün Pakistana yollanırlar"Yəməndən sensasion bəyanat: "Neft yolunu bağlaya bilərik"Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO
Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO
Cəmiyyət

Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO

Bu gün
17:00
0 baxış
Paylaş:

Bəzən bir qab meyvənin qiyməti ailə büdcəsində ciddi boşluq yarada bilir. Xüsusən də mövsümü hələ tam gəlməmiş məhsullar bazarda od qiymətinə satılır. Görəsən, bu dadın həsrətini çəkməyə dəyər, yoxsa bir qədər də səbirli olmaq lazımdır?

Bəzən bir qab meyvənin qiyməti ailə büdcəsində ciddi boşluq yarada bilir. Xüsusən də mövsümü hələ tam gəlməmiş məhsullar bazarda od qiymətinə satılır. Görəsən, bu dadın həsrətini çəkməyə dəyər, yoxsa bir qədər də səbirli olmaq lazımdır?

Bəs süfrələrimizə bu qədər baha başa gələn alçalar necə yetişdirilir?

Alçanın 84 qramı 7 manata satılır. Həmin qabın içində isə cəmi beş alça var.

Paytaxt bazarlarında yazın ən çox gözlənilən meyvələrindən olan alça yenə yüksək qiymətlərlə satışa çıxarılıb.

Gundem.today xəbər verir ki, İctimai TV-nin qz tutduğu bazarda alçanın bir kiloqramı 100 manata təklif olunur. Satıcılar buna səbəb kimi məhsulun azlığını və becərilməsinə çəkilən yüksək xərcləri göstərirlər.

Satıcıların sözlərinə görə, hazırda satış zəifdir. Əksər alıcılar alçanı kilo ilə deyil, qablarla alırlar. Bəzi qablarda səkkiz-doqquz ədəd alça olur və onlar 10 manata satılır. Məhsulun Göyçay, Şəmkir və digər rayonlardan gətirildiyi bildirilir.

Alıcılar isə bildirirlər ki, qiymətlər baha olsa da, bəzən evdə uşaq, xəstə və ya hamilə qadın olduğu üçün bu meyvəni almağa məcbur olurlar. Bəziləri isə qiymətlərin mövsüm yaxınlaşdıqca ucuzlaşacağını düşünərək gözləməyə üstünlük verirlər.

Kənd təsərrüfatı eksperti Akif Nəsirli deyib ki, meyvələrin bazara daha tez çıxarılması üçün müxtəlif aqrotexniki üsullardan istifadə olunur. Bu üsullar məhsulun daha tez yetişməsinə kömək edir və təhlükəsiz hesab olunur.

Onun sözlərinə görə, bəzi hallarda hormonal maddələrdən və etanol qazından istifadə edilir. Həmin qaz istixana şəraitində yetişdirilən ağacların ətrafına verilir və meyvələrin vaxtından əvvəl yetişməsinə şərait yaradır. Lakin bu maddələr normadan artıq istifadə edilərsə, zərərli ola bilər.

Ekspert vurğulayıb ki, elmi əsaslara uyğun şəkildə yetişdirilən meyvələrin sağlamlığa zərəri yoxdur. Mütəxəssislər bildirirlər ki, hormonal maddələrin təhlükəsi alçaya aid edilmir. Çünki alça əsasən yaşıl, yəni tam yetişməmiş halda yığılır və satışa çıxarılır. Zərərli təsirlər isə əsasən meyvə tam yetişdikdən sonra üzə çıxır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Alça#Mövsümi_meyvələr

Oxşar Xəbərlər

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?Cəmiyyət

Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu gün
17:240
Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? - VİDEOCəmiyyət

Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? - VİDEO

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı növbəti hadisə qeydə alınıb.

Bu gün
17:180
Cəlilabadda toya gedən ailə üzvləri qəzaya düşüblər, ölən və xəsarət alanlar varCəmiyyət

Cəlilabadda toya gedən ailə üzvləri qəzaya düşüblər, ölən və xəsarət alanlar var

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
16:420
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaqCəmiyyət

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu gün
16:000