Son dəqiqə
"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb - VİDEOKartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? - VİDEOKartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEOSamvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldıİran ABŞ-ni hədələdi: "Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik"Odlar ölkəsinin fəxri: Rafael Ağayev - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Hava limanı və aerodromların təhlükəsizlik zonalarında obyektlərin inşası barədə YENİ QƏRAR
Hava limanı və aerodromların təhlükəsizlik zonalarında obyektlərin inşası barədə YENİ QƏRAR
Cəmiyyət

Hava limanı və aerodromların təhlükəsizlik zonalarında obyektlərin inşası barədə YENİ QƏRAR

Bu gün
15:06
0 baxış
Paylaş:

Nazirlər Kabineti "Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası"nı təsdiq edib.

Nazirlər Kabineti "Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası"nı təsdiq edib.

Gundem.today xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda "Aviasiya haqqında" Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiya və Konvensiyaya 14 nömrəli Əlavəyə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin "Doc 9137, 6-cı hissə, maneələrə nəzarət" sənədinə uyğun olaraq hazırlanıb.

Qayda hava limanları və aerodromların təhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunan binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi tərəfindən razılıq verilməsinə dair tələbləri müəyyən edir.

Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədilə sertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), o cümlədən yeni hava limanlarının (və ya aerodromların) istismarçıları tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr) hazırlanır. Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsi üçün 5 gün müddətində aidiyyəti qurumlara təqdim edilir.

Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri (xəritələri) Bakı şəhəri və "İqtisadi rayonların yeni bölgüsü haqqında" ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibati ərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə Qaydada göstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.

Sertifikatlaşdırılmış hava limanlarında (və ya aerodromlarda) dəyişikliklər olduğu halda təsdiqlənmiş maneə sxemlərinə (xəritələrinə) dair dəyişikliklər Qaydaya uyğun olaraq aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#hava_limanları#aerodromlar#təhlükəsizlik_zonası#tikinti_qaydaları#Nazirlər_Kabineti#Əli_Əsədov#uçuş_təhlükəsizliyi#Dövlət_Mülki_Aviasiya_Agentliyi#maneə_sxemləri#bina_inşası

Oxşar Xəbərlər

Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? - VİDEOCəmiyyət

Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? - VİDEO

Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir.

Bu gün
22:360
Kartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEOCəmiyyət

Kartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEO

Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir.

Bu gün
22:360
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!Cəmiyyət

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

Icrammer.com imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 000-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada.

Bu gün
21:520
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİCəmiyyət

Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Abşeron, Qax və Oğuzda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu gün
21:100