
İran ABŞ-ni hədələdi: "Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik"
"Əgər Vaşinqton dəniz blokadasını ləğv etməsə və ya ABŞ ilə İran arasındakı sazişin şərtlərini başqa cür pozarsa, Tehran lazımi cavab tədbirləri görəcək".
"Əgər Vaşinqton dəniz blokadasını ləğv etməsə və ya ABŞ ilə İran arasındakı sazişin şərtlərini başqa cür pozarsa, Tehran lazımi cavab tədbirləri görəcək".
Gundem.today "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Əgər digər tərəf sazişi pozmaq niyyətindədirsə və görünən odur ki, bunu istəyir və dəniz blokadası davam edərsə, İran cavab olaraq lazımi tədbirlər görəcək", - deyə o vurğulayıb.
İ.Bəqai vurğulayıb ki, İran Vaşinqton tərəfindən boğazın blokadasını atəşkəs sazişinin pozulması kimi dəyərləndirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədir
ABŞ zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq imkanını nəzərdən keçirir.
DünyaKİV: Fars körfəzində iki min gəmi ilişib qalıb
Hörmüz boğazındakı vəziyyət səbəbindən Fars körfəzində təxminən 20 000 dənizçi və təxminən 132 milyon barel neft daşıyan 2 000 gəmi blokadada qalıb.
DünyaTramp: "İran uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib"
ABŞ Prezidenti Donald Tramp 17 aprel tarixində verdiyi bəyanatda İran hakimiyyətinin uranın zənginləşdirilməsini dayandırmağa razılıq verdiyini iddia edib.
Dünyaİran generalından ABŞ və İsrailə çağırış: "Hərbi gücümüzü qəbul edin"
Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və İsrailin hökumət başçısı Benyamin Netanyahuya səslənərək, onları İran silahlı qüvvələrinin qüdrətini etiraf etməyə dəvət edib.