Son dəqiqə
Polşa millisinin köməkçi məşqçisi vəfat edibAzərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunubSuraxanıda valideynlər övladlarının müəlliminin dəyişdirilməsinə ETİRAZ EDİBLƏRİsrail Trampın istəyi ilə Livana hücumları məhdudlaşdıracaqMTK və sakinlər arasında qarşıdurma: "Binada nə qaz, nə su, nə də işıq var"ABŞ hərbi heyətini daşıyan təyyarə İsraildən havalandı: Bölgədə böyük razılaşma hazırlanır?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEO
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEO
Ordu

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEO

Bu gün
17:54
0 baxış
Paylaş:

Azərbaycanda hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib.

Azərbaycanda hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib.

Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hərbi Polis İdarəsi müdafiə nazirinin 10 aprel 1992-ci il tarixli əmri ilə yaradılıb:

"Hərbi hissələrdə nizam-intizama, hərbi qulluqçuların davranış qaydalarına riayət etməsinə nəzarət etmək, qoşunların dislokasiya yerlərində qayda-qanunun, hərbi kolonların təhlükəsiz hərəkətini təmin etmək hərbi polisin əsas xidmət istiqamətlərindəndir.

Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarında olan stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejiminə, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti də həyata keçirir.

44 günlük Vətən müharibəsi, antiterror və digər əməliyyatlar zamanı Hərbi Polisin şəxsi heyəti azad edilmiş ərazilərimizdə komendant xidmətinin təşkilində, strateji yolların və mühüm obyektlərin qorunmasında böyük xidmətlər göstərib".

Bildirilib ki, istər döyüşlər zamanı, istərsə də indi işğaldan azad olunmuş ərazilərdə komendant və patrul xidmətinin təşkili, torpaqlarımız işğaldan azad edildikcə mühüm əhəmiyyətli obyektlərin dərhal mühafizəyə götürülməsi, komendant postlarının qurulması, Ermənistan ordusu bölmələrinin qoyub qaçdığı silah və texnikaların ərazilərdən yığılaraq aidiyyəti üzrə müvafiq orqanlara təhvil verilməsində iştirak kimi tapşırıqlar da hərbi polis tərəfindən həyata keçirilib.

İdarənin tabeliyində fəaliyyət göstərən Kinologiya Mərkəzində saxlanılan və daim xüsusi təlim görmüş itlərdən minaaxtarma işində, qarovul xidməti prosesində, həmçinin xidmətin başqa sahələrində də istifadə olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Ordu#Azərbaycan_Hərbi_Polisi#Müdafiə_Nazirliyi#komendant_xidməti#hərbi_polis_idarəsi#Vətən_müharibəsi#nizam-intizam#hərbi_patrul#minaaxtarma#Kinologiya_Mərkəzi#azad_edilmiş_ərazilər#hərbi_təhlükəsizlik

Oxşar Xəbərlər

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunubOrdu

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.

Bu gün
18:240
Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində yoxlama keçirildi - FOTOOrdu

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində yoxlama keçirildi - FOTO

2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" saylı hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.

Bu gün
17:580
Zakir Həsənov "N" saylı hərbi hissədə döyüş hazırlığını yoxladı - FOTOOrdu

Zakir Həsənov "N" saylı hərbi hissədə döyüş hazırlığını yoxladı - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.

Bu gün
11:120
"Anadolu Ankası - 2026" beynəlxalq təliminə start verilibOrdu

"Anadolu Ankası - 2026" beynəlxalq təliminə start verilib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.

7 aprel 2026
19:082