
Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO
Mayın 2-də Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.
Mayın 2-də Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən filmdə ulu öndərin həyat və fəaliyyətindən bəhs olunur. Filmin süjet xətti ümummilli lider Heydər Əliyevin çıxışları, müsahibələri əsasında onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.
Filmdə ümummilli liderin Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, 30 illik işğaldan sonra torpaqlarımızın Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, bununla da ümummilli lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətYuri Qusev: "Qarabağdakı sürətli bərpa işləri Ukrayna üçün nümunə ola bilər"
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində Qarabağa səfəri ilə bağlı paylaşım edib.
SiyasətSülhə doğru növbəti addım
Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi, qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Aprelin 29-da Ermənistanda, Ağverəndə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
SiyasətSəfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"
"Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır".
SiyasətHörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr
Corcia Meloni bir neçə gündən sonra Bakıda olacaq. Bu, onun Əlcəzair və Körfəz ölkələrinə səfərlərini əhatə edən "enerji" turunun növbəti dayanacağıdır.