
Səfir: "Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır"
"Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır".
"Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu xarici diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regiona yollanan Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.
"Biz su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına hər zaman açığıq, buna görə də qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərini nəzərdən keçirməyə şadıq", - o qeyd edib.
Diplomat həmçinin bildirib ki, Niderland Bakı Enerji Həftəsində (1-3 iyun - red.) iştirak etmək üçün Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır: "Bəli, yaxın vaxtlarda bizim başqa nümayəndə heyətlərimiz də olacaq".
Niderland və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın perspektivlərindən danışan səfir qeyd edib ki, hazırda konkret layihələr yoxdur, lakin bu sahə perspektivli hesab olunur:
"Bu, mütləq nəzərdən keçirilməyə dəyər bir istiqamətdir və gələcəkdə araşdıra biləcəyimiz bir məsələdir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətHeydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub - FOTO
Mayın 2-də Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "İz" sənədli filminin nümayişi olub.
SiyasətSülhə doğru növbəti addım
Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi, qarşılıqlı etimad mühitinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Aprelin 29-da Ermənistanda, Ağverəndə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
SiyasətHörmüz böhranından çıxış yolu niyə TAP-dır? - Meloninin Bakıya səfəri öncəsi müzakirələr
Corcia Meloni bir neçə gündən sonra Bakıda olacaq. Bu, onun Əlcəzair və Körfəz ölkələrinə səfərlərini əhatə edən "enerji" turunun növbəti dayanacağıdır.
SiyasətErmənistanın mina cinayəti: Azərbaycan hansı tələbləri irəli sürə bilər?
"Azərbaycanın mövqeyinə görə, mina məsələsi təkcə keçmişdə baş vermiş qanunsuzluqların araşdırılması deyil, həm də bu pozuntulara görə hüquqi məsuliyyətin müəyyən edilməsi deməkdir. Bu çərçivədə rəsmi Bakı 1949-cu il Cenevrə Konvensiyaları və həmin konvensiyalara 1977-ci ildə tərtib edilmiş I Əlavə Protokol, eləcə də piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edən Ottova Konvensiyası əsasında şəxslərin taleyinin açıqlanmasını, bütün kütləvi məzar