Son dəqiqə
Reper Kanye Uestin Polşadakı konserti ləğv edildiTramp İranın dəniz limanlarının blokadasını nə vaxt dayandıracağı barədə danışdı14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALARTrampdan sensasion iddia: "İran "Hizbullah" və HƏMAS-dan imtina edir"ABŞ prezidentindən sensasion iddia: "İran "Hizbullah" və HƏMAS-dan imtina edir"Trampdan İranla bağlı yeni açıqlama
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Burhanettin Duranla görüşüb
Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Burhanettin Duranla görüşüb
Siyasət

Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Burhanettin Duranla görüşüb

Bu gün
01:44
0 baxış
Paylaş:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranla görüşüb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranla görüşüb.

Gundem.today xəbər verir ki, bu barədə B.Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Antalya Diplomatiya çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi, dəyərli qardaşım Hikmət Hacıyev ilə bir araya gəldik. Türkiyə ilə Azərbaycan arasındakı köklü qardaşlıq telləri ortaq tarix və güclü əməkdaşlıq anlayışı ilə hər sahədə güclənməyə davam edir", - deyə o yazıb.

B.Duran görüş zamanı kommunikasiya, media və ictimai diplomatiya sahələrində atıla biləcək ortaq addımlara diqqət yetirildiyini vurğulayıb:

"Dezinformasiya ilə mübarizə, doğru məlumatın effektiv şəkildə paylaşılması və strateji kommunikasiya sahəsində koordinasiyanın artırılması məsələlərində həmrəy olduğumuzu təsdiqlədik. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın müəyyənləşdirdiyi baxış çərçivəsində dost və qardaş Azərbaycan ilə yaxın təmasda olaraq güclü əməkdaşlığımızı davam etdirəcəyik".

Hikmət Hacıyev öz "X" sosial şəbəkə hesabında B.Duranın paylaşımını dərc edərək "Faydalı və səmərəli görüşümüz üçün təşəkkür edirəm Qardaşım!!!" deyə yazıb.

Faydalı və səmərəli görüşümüz üçün təşəkkür edirəm Qardaşım!!! https://t.co/ve8qmksNlT

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Hikmət_Hacıyev#Azərbaycan#Türkiyə#Rəcəb_Tayyib_Ərdoğan#Antalya_Diplomatiya_Forumu#Burhanettin_Duran

Oxşar Xəbərlər

Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edibSiyasət

Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edib

"5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq".

Bu gün
01:140
Antalya Diplomatiya Forumunda Cənubi Qafqazın strateji mərkəz olmaq istiqamətində addımladığı vurğulanıbSiyasət

Antalya Diplomatiya Forumunda Cənubi Qafqazın strateji mərkəz olmaq istiqamətində addımladığı vurğulanıb

Aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda" mövzusunda panel iclas keçirilib.

Bu gün
00:240
Başlıbel qətliamından 33 il ötürSiyasət

Başlıbel qətliamından 33 il ötür

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

Bu gün
00:010
"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb - VİDEOSiyasət

"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb - VİDEO

"Türkiyə ilə Azərbaycan arasında ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirməyə, əlaqələrimizi daha yüksək səviyyələrə çatdırmaq əzmindəyik".

Bu gün
22:480