Son dəqiqə
Xərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEOAvstraliyada qağayılar futbol matçı zamanı stadiona "hücum etdilər" - VİDEOİranın Hörmüzlə bağlı planı regionda yeni iqtisadi və siyasi risklər yaradır - VİDEOGürcüstanda etiraz aksiyası - Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti - VİDEOReper Kanye Uestin Polşadakı konserti ləğv edildiTramp İranın dəniz limanlarının blokadasını nə vaxt dayandıracağı barədə danışdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Kriminal

14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR

Bu gün
02:00
0 baxış
Paylaş:

"Atlant" istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adının çəkildiyi səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub.

"Atlant" istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adının çəkildiyi səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub.

Gundem.today Musavat.com-a istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan əsas təqsirləndirilən şəxs - Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluqda ittiham olunur. Lakin məhkəmədə səslənən ifadələr bu işin təkcə bir nəfərin üzərinə yüklənə bilməyəcəyini açıq şəkildə ortaya qoyur.

Son iclasda ifadə verən zərərçəkənlər və şahidlər israrla bildiriblər ki, onlardan "Təbriz" MTK vasitəsilə alınan vəsaitlər heç də iddia olunduğu kimi tikinti layihələrinə deyil, məhz "Atlant" Ailəvi İstirahət Mərkəzinin genişləndirilməsi və abadlaşdırılmasına yönəldilib.

Onların sözlərinə görə, mənzil almaq ümidi ilə ödədikləri vəsaitlər sonradan müxtəlif bəhanələrlə ələ keçirilib, nəticədə isə ortada nə mənzil olub, nə də pul. Əvəzində isə həmin pulların "Atlant" layihəsində istifadə edildiyi barədə məlumatlar getdikcə daha çox təsdiqini tapır.

Zərərçəkənlər məhkəmədə açıq şəkildə bildiriblər ki, bu prosesdə yalnız Nofəl Hacıyev deyil, onun şəriki və qayınatası Tahir Qədəşovun da birbaşa rolu olub. Onların sözlərinə görə, "Atlant" layihəsinin arxasında duran əsas qərarverici şəxs məhz Tahir Qədəşov olub və vəsaitlərin yönləndirilməsi onun göstərişi ilə həyata keçirilib.

"171 nəfərin pulu ilə tikilən obyekt…"

Məhkəmə zalında səslənən ən ağır ittihamlardan biri də məhz bu olub: zərərçəkənlər bildiriblər ki, "Atlant" İstirahət Mərkəzi faktiki olaraq 171 vətəndaşın pulu hesabına tikilib və genişləndirilib.

Onlar qeyd ediblər ki, istintaq zamanı artıq bu vəsaitlərin "Atlant"a yönəldildiyi təsdiqlənib. Bu səbəbdən də zərərçəkənlər yalnız Nofəl Hacıyevin deyil, Tahir Qədəşovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.

Zərərçəkənlər məhkəməyə müraciət edərək Tahir Qədəşovun prosesə cəlb olunmasını, ifadə vermək üçün məhkəməyə gətirilməsini və barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb ediblər. Onlar hesab edirlər ki, şəriklərdən birinin həbsdə, digərinin isə azadlıqda qalması hüquqi ədalət prinsipinə ziddir.

Bununla yanaşı, zərərçəkənlər "Atlant" Ailəvi İstirahət Mərkəzinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılmasını və obyektin hərraca çıxarılaraq əldə olunan vəsait hesabına dəymiş ziyanın ödənilməsini istəyiblər. Nofəl Hacıyev isə məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan topladığı 14 milyon manatdan artıq vəsaiti "Atlant" İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yönəltdiyini bir daha təsdiqləyib. O bu addımı qayınatası Tahir Qədəşovla birgə layihə çərçivəsində atdığını bildirib.

Bu isə istintaqın əvvəlki mərhələsində cavabsız qalan əsas suallardan birinə - "itən milyonlar haradadır?" sualına qismən də olsa cavab verir. Lakin ortaya yeni və daha ciddi sual çıxır: əgər vəsaitlərin istiqaməti məlumdursa, niyə bu işdə adı keçən bütün şəxslər eyni hüquqi status daşımırlar?

Qalmaqallı iş üzrə növbəti məhkəmə prosesi aprelin 21-nə təyin olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Daşınar_və_daşınmaz_əmlakların_satışı_üzrə_hərrac#Dələduzluq_cinayəti

Oxşar Xəbərlər

Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDUKriminal

Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU

Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəylini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı Rihat Cəfərova hökm oxunub.

Bu gün
21:480
Polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDUKriminal

Polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDU

Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəylini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 19 yaşlı Rihat Cəfərova hökm oxunub.

Bu gün
21:480
Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı: "Aliment vermirdi" – TƏFƏRRÜATKriminal

Bakıda qayın keçmiş yeznəsini gecə klubunun qarşısında bıçaqladı: "Aliment vermirdi" – TƏFƏRRÜAT

Bakıda 1997-ci il təvəllüdlü Elşən bacısının keçmiş həyat yoldaşı Səfəri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Bu gün
17:260
Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDUKriminal

Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU

Qaradağ rayonu ərazisində yerləşən stasionar postda VAZ markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün
15:260